Başqırd ayrı süvari briqadası (rus. Башкирская отдельная кавалерийская бригада; 1919—1921) — Rusiya vətəndaş müharibəsi dövründə başqırd birləşmələrinin hərbi quruluşu.
Başqırd ayrı süvari briqadası | |
---|---|
rus. Башкирская отдельная кавалерийская бригада | |
Növü | Quru qoşunları |
Yaranma tarixi | 1919 — 1921 |
Ölkə | RSFSR |
Tabedir | İnqilabçı Hərbi Şura |
Daxildir | Qızıl Ordu |
Tərkibi | 1-ci Başqırd süvari alayı; 2-ci Başqırd süvari alayı və s. |
Müharibələr |
Rusiya vətəndaş müharibəsi Sovet-Polşa müharibəsi |
Komandanlıq | |
Məşhur komandirləri | Musa Murtazin, Aleksandr Qorbatov |
Başqırd ayrı süvari briqadası M. L. Murtazin tərəfindən 1919-cu ilin iyun ayında Başqırd korpusunun Əmir Karamışev adına 1-ci başqırd süvari alayının bazasında təşkil edilmişdir.
Briqadaya 1-ci Başqırd süvari alayı[1], 2-ci Başqırd süvari alayı[2] və piyada diviziyası[3] daxil idi. 1920-ci ilin may ayında briqadanın tərkibinə 1-ci Başqırd süvari alayı əlavə olundu, hansı ki keçmiş Başqırd ayrı süvari diviziyasının hissəsi idi.
Başqırd ayrı süvari briqadası Ağ Qvardiyanın Cənub Ordusunun tərkibində idi.[4]
8 avqust 1919-cu ildə Başqırd ayrı süvari briqadası Ağ Qvardiya komandanlığının əmrlərinə əhəmiyyət vermədən müstəqil fəaliyyətə başladı. 18 avqust 1919-cu ildə ani hücum ilə 4-cü Orenburq Ordu Korpusunu məğlubiyyətə uğratdı. Başrevkom nümayəndəsi T. G. İmakovun köməyi ilə 23 avqust 1919-cu ildə Qırmızı Ordunun tərəfinə keçən briqada 1-ci Ordunun sıralarına daxil edildi.
1919-cu ilin sentyabrında briqada 1800 qılınc, iki silah aləti və səkkiz pulemyotu olan piyada batalyonuna sahib idi. 7 oktyabr 1919-cu ildən başlayaraq Başqırd ayrı süvari briqadası Türküstan cəbhəsinin İletsk qüvvələri dəstəsinin tərkibində döyüşürdü.[5] Briqada Ural ordusuna qarşı döyüşlərdə, o cümlədən Ural-Quryev əməliyyatında iştirak etmişdir. Ural kazaklarına qarşı bu ağır döyüşlərdə briqada şəxsi heyətinin 60%-nı itirdi.[6]
1919-cu ilin dekabr ayında Mixail Frunzenin əmrinə əsasən 2-ci süvari briqadası 1-ci Ordunun 5-ci süvari diviziyasının tərkibinə daxil oldu. Lakin, tezliklə Başqırd MSSR Hərbi İşlər Komissarlığının xahişi ilə, RSFSR İnqilabçı Hərbi Şurası tərəfindən briqadaya əvvəlki status qaytarıldı.
1920-ci ilin may ayında 12-ci Ordunun bir hissəsi oldu. İlk öncə Petroqraddan gələn Başqırd süvari alayı briqadanın tərkibinə qatıldı, daha sonra, 1920-ci ilin avqust-sentyabr aylarında Başqırdıstanlı könüllü dəstələri də briqadaya qoşuldular.[7]
Sovet-Polşa müharibəsi zamanı Başqırd ayrı süvari briqadası Kiyev və Rovno hücum əməliyyatlarında, eləcə də Kovel, Zamost, Hubeshov, Dubno, İzyaslav və digər şəhərlərdə aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. Briqada S. V. Petlyuranın rəhbərliyi altında silahlı birləşmələrin aradan qaldırılmasında iştirak etmişdir.
10 dekabr 1920-ci ildə 12-ci Ordu komandirinin əmrinə əsasən əsgər sayının azalması ilə əlaqədar olaraq briqada iki alay, 1-ci və 2-ci Başqırd süvari alaylarına bölündü. 1921-ci ilin əvvəlindən etibarən Kiyev Hərbi Dairəsinin komandirinə tabe oldu.
25 mart 1921-ci ildə Başqırd ayrı süvari briqadası 15, 16, 17 və 18-ci Başqırd ayrı-ayrı eskadronlara bölüşdürüldü, onlar Petroqrad Soveti adını daşıyan 12-ci Sərhəd Diviziyasının tərkibinə daxil olaraq Polşa və Rumıniya ilə olan dövlət sərhəd hissələrinin mühafizəsinə göndərildi.
1921-ci ilin noyabr ayında 15, 16 və 17-ci Başqırd ayrı-ayrı eskadronları 12-ci süvari diviziyasına çevrildi[8], 18-ci eskadron isə qırmızı kazakların 2-ci süvari diviziyasının 7-ci süvari alayına çevrildi.
Başqırd ayrı süvari briqadası şəxsi heyətinin fərqləndirici nişanı qol nişanları idi. Nişan qızıl iplə haşiyələnmiş yaşıl rombdan ibarət idi. Rombun ortasında qızıldan tikilmiş ay və ulduz yerləşdirilmişdir. Bundan əlavə, qol nişanının digər versiyaları da mövcud idi, hansılar ki rombsuz qırmızı ulduz və aydan (gimnastyorkada) və ya qırmızı haşiyəli yaşıl rombdan ibarət idilər.
80-dən çox əsgər və briqada komandiri Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
1950-1980-ci illərdə Rovnoda briqada əsgərlərinin şərəfinə abidə var idi və şəhər küçələrindən biri briqada adını daşıyırdı.