"Başqalarının həyatı" (alm. Das Leben der Anderen, ing. The Lives of Others) — ssenarist və rejissor Florian Henkel fon Donnersmarkın debütü, 2006-cı il alman dram triller filmi. Film Almaniya Demokratik Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (Ştazi) əməkdaşları tərəfindən Şərqi Berlinin mədəni həyatı üzərində total nəzarətdən bəhs edir.
Başqalarının həyatı | |
---|---|
alm. Das Leben der Anderen | |
Janr | dram filmi[1][2][…], triller filmi |
Əsas mövzu | Stasi[3], Nəzarət[3], Soyuq müharibə |
Baş rollarda | |
Montajçı | Patricia Rommel[d] |
İstehsalçılar | Arte[6] |
Distribütor | Walt Disney Studios Motion Pictures[d] |
İlk baxış tarixi | 15 mart 2006[7], 23 mart 2006[8][9] |
Müddət | 137 dəq. |
Ölkə | |
Dil | alman dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Berlin |
IMDb | ID0405094 |
Mükafatları |
Film 2006-cı il 26 mart tarixində Almaniyada prokata çıxarılmışdır. Film 2007-ci ildə "Ən yaxşı əcnəbi dildə olan film" nominasiyasında Oskar mükafatı qazanmışdır. Bundan əvvəl Almaniyada film "Deutscher Filmpreis" tərəfindən 7 nominasiya əldə etmişdir: 11 nominasiya üzrə namizədliyi sürülsə də, "ən yaxşı film", "ən yaxşı rejissor", "ən yaxşı ssenari", "ən yaxşı aktyor" və "ikinci planda olan ən yaxşı aktyor" nominasiyasında qalib olmuşdur. Bununla film 1 il ərzində ən çox kinomükafat əldə etməklə yeni rekord vurmuşdur. Həmçinin bu kinolent "Qızıl qlobus" mükafatının 64-cü açılış mərasimində "ən yaxşı əcnəbi film" nominasiyasında qalib olmuşdur.[11]
Şərqi Berlin, 1984-cü il. Ştazinin əməkdaşı kapitan Qerd Vislerə dramaturq Georq Draymanı və onun rəfiqəsi olan aktrisa Krista-Mariya Zilandı izləmək tapşırığı verilir. Buna səbəb Draymanın Qərbi Almaniyadakı kapitalist rejiminə rəğbət bəsləməkdə şübhəli bilinməsi idi.
İlk əvvəl Visler öz xidməti üzrə fəaliyyət göstərir və şübhəlinin bütün hərəkətləri haqda idarəyə hesabat verir. Lakin getdikcə o dramaturqun evində olanları dinlədikcə ona heyfslənərək məlumatları gizlətməyə başlayır. Ən yaxın dostu istedadlı rejissor Albert Yerskanın 7 il professor vəzifəsindən azad edilməsi və intiharından sonra Drayman ADR-də intiharlar haqda məqalələr yazmaq qərarına gəlir. Bu məqalələrdə o, KİV-dən gizlədilmiş statistik məlumatları verərək ADR-in Avropada intihar sayına görə (Macarıstandan sonra) ikinci yerdə olmasını bildirir. Məqaləni qərbi alman jurnalı "Şpigel" nəşr edir və bu qalmaqala səbəb olur. Müəllif barədə şübhələr Draymanın üzərinə yönəlir, lakin Visler onu ələ vermək istəmir.
İzləməni sifariş verən ADR-in mədəniyyət naziri Bruno Hemf məşuqəsi Krista-Mariya Zilandla (Draymanla bir otağı bölüşən rəfiqəsi) mübahisə edir (o Hemfdən uzaqlaşmaq, ancaq Draymanla yaşamaq qərarına gəlir) və onun üzərində narkotik vasitə daşıması və istifadəsinə görə həbs olunması əmrini verir. Ştazidə onun sorğusunu Vislerə həvalə edirlər. (Bu onun bərpa olunması üçün idi.) Visler qadına ştatdan xaric agent olmasını bildirir və Draymanın intiharlar haqda olan məqalələrini yazdığı çap maşınını harada gizlətdiyini ona məlumat verməsini istəyir. Belə ki bu çap maşının köməyi ilə məqalənin müəllifinin kim olmasını xüsusi xidmət orqanı müəyyənləşdirə biləcəkdi. Ştazinin əməkdaşları yenidən dramaturqun evinə axtarış üçün gəldikdə onlar gizlin yerdə gizlədilmiş çap maşınını tapa bilmirlər. Çünki Visler artıq onların mənzilə gəlməsinə bir neçə dəqiqə qalmış çap maşınını götürə bilmişdir. Axtarışda iştirak edən Krista-Mariya gərginliyə dözməyərək, Draymanın ona görə həbs ediləcəyini düşünüb mənzildən qaçarkən avtomobilin altına düşür və ölür. Dəlillər tapılmır, yeganə şahid isə artıq ölmüşdür, Draymanın işi isə bağlanır. Lakin Vislerin rəisi onu Draymanın evində axtarışdan əvvəl gördükdən sonra onun bununla bağlı olduğunu və çox hiyləgərcəsinə dəlilləri gizlətdiyini başa düşərək Visleri sürgünə bərabər sayılan karyerasında heç bir artım müşahidə edilmə imkanı olmayan poçt senzoru kimi işləməyə göndərir.
1989-cu il. Poçt senzoru Qerd Visler yoxlama üçün növbəti məktubu açaraq radio vasitəsilə Berlin divarının çökməsi haqda məlumatı bilir. O, digər senzorlarla birlikdə işini saxlayır və iş yerindən çıxıb gedir. Birləşmiş Almaniyaya onların xidməti lazım deyildir.
1991-ci il. Qeorq Drayman öz pyesinin yeni tamaşa versiyasının premyerasında çıxış edir. Krista-Martanın bu pyesdə baş rolda ifası yadına düşdüyündən tamaşaya sona qədər baxa bilməyib, zaldan çıxır. Zaldan çıxarkən o keçmiş nazir Bruno Hemflə qarşılaşır və o da Krista-Mariya haqda xatirələrini bölüşür. Hemf dramaturqla söhbət əsnasında onun Almaniyanın birləşməsindən sonra heç nə yazmadığını bildirir. Drayman onu nə üçün izləmədiklərini, məqaləni dərc etdirməyə imkan verdiklərini başa düşmədiyini bildirir. Keçmiş nazir isə onun mənzilində izləmə aparıldığını və bunda kənar "böcək"lərin əli olduğunu bildirir. Dramaturq evə gəldikdən sonra mənzilinə hər tərəfdən eşitmə cihazlarının quraşdırıldığını aşkara çıxarır. Sonra Drayman Ştazinin azad arxivində öz "işi" ilə tanış olur. Eşitmə materiallarını eşidərək o orada onun istəkləri haqda heç bir sözün olmadığını aşkar edir. Bundan sonra Krista-Mariyanın işinə baxarkən həlak olma günündə onun bu axtarışa cəlb olunduğunu bilir. Faktları müqayisə edərək başa düşür ki, onun həyatını onu həbs etmək üçün izləyən agent xilas etmişdir. O, həmin dövrdə artıq sadə poçtalyon işləyən Visleri tapır, lakin onunla danışmaq qərarına gələ bilmir. 1993-cü il. Qəzetlər aparan poçtalyon Qerd Visler vitrinin yanından keçərkən çox illər sonra Draymanın yeni kitabının reklamını görür. O, kitab mağazasına daxil olur və "Yaxşı insan haqda sonata" (Yerskin ölümü barədə biləndən sonra Draymanın fortepianoda ifa etdiyi pyes belə adlanırdı) adlanan kitabı əlinə götürür. Kitab protokollardan olan HGW XX/7 çağırışları çıxış edən "yaxşı insan" Vislerə həsr olunması ilə başlayır. Qerd Visler kitabı alır. Satıcının bu kitabı hədiyyə qablaşdırmaq istəyi ilə bağlı sualına Qerd belə cavab verir: "Bu mənim üçündür."
Ulrix Myue — kapitan Qerd Visler
Sebastyan Kox- Qeorq Drayman
Martina Qedek — Krista-Mariya Ziland
Ulrix Tukur — polkovnik-leytenant Anton Qrubiç
Tomas Time — nazir Bruno Hemf
Hans Uve-Bauer -Paul Hauzer
Florian Henkel fon Donnersmarkın uşaqlığı və gəncliyi Nyu-York, Berlin, Frankfurt və Brüsseldə keçmişdir. 1991-ci ildə rus dilini və ədəbiyyatını Sankt-Peterburq şəhərində öyrənən Florian "əcnəbi rus dili müəllimi" ixtisasını əldə etmişdir.[12].1993–1996-cı illər aralığında o, Oksford Universitetində politologiya, fəlsəfə və iqtisadiyyat üzrə alimlik dərəcəsini almışdır. Məşhur britaniyalı rejissor Riçard Attenboronun yanında təcrübə keçmişdir. Sonra 1997-ci ildə Münhendə televiziya və kino Universitetinə daxil olmuşdur.[12]. "Başqalarının həyatı" — Florian Henkel fon Donnersmarkın ilk tammetrajlə filmidir. Buna qədər o 4 film çəkmişdir: "Mitternacht", "Das Datum", "Doberman" и "Der Templer". Onlardan ən uğurlusu "Doberman" filmi olmuşdur. Film dünyanın 40 kinofestivalında nümayiş olunmuş və çoxlu sayda mükafatlar qazanmışdır. Onlar arasında Maks Ofuls adına mükafat və Universal Studios mükafatı olmuşdur. Sonuncu mükafat "Ən heyrətləndirici qısametrajlı film" nominasiyası üzrə verilmişdir.[12]. Florianın hər iki valideyni Şərqi Almaniyadan idi. O, Berlin divarının dağıldığı zaman körpə olduğunu, lakin insanların sınaqdan keçirdikləri iztirab qorxusunu duya bilmək qabiliyyətində olduğunu bildirmişdir.[13]. Rejissor filmin ideyasının ona [[Münhendə televiziya və kino Universitetində təhsil aldığı zaman "sinfi" film ssenarisini fikirləşərkən gəlmişdir. O musiqiyə qulaq asaraq Maksim Qorkinin Vladimir Leninin ən sevimli musiqi pyesi olan Bethovenin "Fortepiano № 23 üçün sonata"sı haqda dediklərini xatırlayırdı. Qorki bu hada öz oçerkində ətraflı yazmışdır: {{cquote|"Gözlərini qıyaraq gülümsəyən Lenin qəmgin halda əlavə elədi: Lakin musiqiyə tez-tez qulaq asa bilmirəm, sinirlərə təsir edir, şən axmaqlıqlar söyləmək və çirkin cəhənnəmdə yaşayan insanların bu cür gözəllikləri yaratmasına başları üstündən baxmaq istəyi keçir. Bu gün kiməsə başı üstündən baxmaq lazım deyil — çünki əlini dişləyəcəklər. Bizim ideal cəmiyyətimizin insanlar üzərində hər hansı bir zorakılığa qarşı olmağımıza baxmayaraq, başı üstündən vurmaq amansızlıqdır. Hmm — vəzifə çox çətin şeydir.
2001-ci ildə rejissor çəkilişlər üçün 4 illik hazırlığa başlayır. Bunun böyük hissəsini ssenarinin yazılması aparmışdır. O təhlükəsizlik xidmətinin əməkdaşları və qurbanları isə söhbət aparmış və həmçinin, tarixi yerlərə baş çəkmişdir. "New York Times"a intervüsündə Donnersmark bildirmişdir:
"Mən qəflətən qulaqcıqlarla otaqda oturan, dövlətin və ideologiyanın düşməni hesab etdiyi adamı izləyən şəxsin qulaq asdığı gözəl musiqinin onun hisslərinə təsir etdiyini düşündüm. Mən bu cür bir neçə saat əyləşib ssenarinin ilkin versiyasını yazdım". |
Ssenari rejissorun baş keşiş kimi çalışan dayısı Qreqorun yaşadığı Haylihenkroyç monastrında olduğu 1 ay müddətində praktiki olaraq yazılıb qurtarılmışdır. Berlinə köçdükdən sonra Donnersmark ssenarini bitirmişdir. Elmi məsləhətçi kimi Manfred Vilke köməklik göstərmişdir. Donnersmark filmin maliyyələşdirilməsində çətinliklərlə üzləşmişdir. Amerikalı jurnalist Con Podxoreçin fikrincə, bunun səbəbi heç bir kinostudiyanın şərqi alman (kommunizm) dəhşətləri haqda filmin maliyyələşdirməməsi olmuşdur. Tənqidçi Berlin kinofestivalının təşkilatçılarının nə üçün "Başqalarının həyatı" filmini müsabiqə proqramına salınmamasını bunun izahı kimi görür.[14]. Gənc prodüserlər Maks Videman və Kvirin Berq artıq Donnersmatkın əvvəlki qısametrajlı filmlərində prodüserlik etmişdilər.
Sidni Pollak bu filmin Hollivud remeykini çəkmək imkanı olduğunu bildirmişdir[15]. Lakin 2008-ci ildə Pollak dünyasını dəyişdiyindən bu iş qalmışdır.
Saundtrekin rəsmi tərkibi 5 fevral 2007-ci ildə buraxılmışdır[16]. Bütün kompozisiyaları Praqa filarmoniya orkestri ifa etmiş, drijjor isə Adam Klemens olmuşdur[16].
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Die unsichtbare Front" | 2:41 |
2. | "HGW XX/7" | 5:33 |
3. | "Linienstraße" | 2:49 |
4. | "Der Verrat" | 2:06 |
5. | "Das Leben der Anderen" | 5:14 |
6. | "Die Sonate vom Guten Menschen" | 1:41 |
7. | "IM "Martha"" | 4:21 |
8. | "Gesichter der Liebe" | 3:31 |
9. | "Georg Dreyman, der Dichter" | 1:27 |
Podxoreç filmi ən yaxşı filmlərdən biri və 10 illiyin ən yaxşı filmi adlandırmışdır. Uilyam Bakli isə qeyd kitabçasında bu filmə baxdıqdan sonra öz kompanyona çönərək bu sözləri söyləmişdir: "Mən fikirləşirəm ki, bu film baxdığım filmlər arasında ən yaxşısıdır."
Riçard Korlis isə Time jurnalının səhifələrində filmi 2007-ci ilin ən yaxşı 10 filmi arasında ikinci yerə qoymuşdur. Kinotənqidçi Rocer Ebert isə filmə 4 ulduz vermiş, filmi "güclü, lakin gizli fikirlər və sirli arzulardan ibarət sakit film" adlandırmışdır.
First Thingsdə çıxan məqalə Vislerin transformasiyasının müdafiəsi üçün bir sıra fəlsəfi arqumentlər gətirmişdir. Məqalənin müəllifi Santyaqo Ramos filmin əsas mövzusunun Qerd Vislerin mənəvi dəyişikliyi olduğunu bildirmişdir. Visler özündə izahedilməz gözək bir gizli təsiri hiss edir və bu onu dəyişir. Bu insan ağlı ilə başa düşülməz bir şeydir[17].
Rejissor özü bu haqda bildirmişdir: "Dəyişiklik dərhal baş vermir, Visler getdikcə öz ideologiyasına olan inamı itirir". Enton Skott filmin insanlar, yoxsamı dünya dəyişir? sualına dəqiq cavab vermədiyini bildirmişdir. Müxbir rejissordan Entoni Skotun fikirləri ilə razı olub-olmamasınıs soruşduqda o demişdir: "Mən razı deyiləm. Mən bu fikiri eşitdikdə biraz təəccübləndim, lakin bildirdim ki, bu sizin "dəyişiklik" sözünü necə başa düşməyinizdən asılıdır".
Skottdan savayı, yerdə qalan bütün tənqidçilər Vislerin dəyişməsini — filmin əsas dramatik mühərriki və onun başa düşülməsi üçün açar rolu oynadığını bildirmişdir. Britaniyalə Timoti Qarton filmdən çox təsirlənmiş, lakin Vislerin dəyişilməsinin ona çox tez başa gəldiyini bildirmişdir. "Kino sənəti" jurnalının əməkdaşı İrina Şerbakovanın fikrincə, kinopressanın ən ciddi tənələri kapitan Vislerin dəyişilməsi ilə bağlı olmuşdur. Ştazinin işinin uzunillər araşdıran şəxslər bildirmişdilər ki, "Ştazidə Bertolt Brextin şeirlərindən, "Apassionata"nın səsindən ağlayan Visler kimi əməkdaşlar olmayıb və ola bilməzdi"
Donnersmarkın bu filmini 1 il sonra ekranlara çıxmış "4 ay, 3 həftə və 2 gün (film, 2007)" rumın filmi ilə müqayisə edirlər. Çoxlu tənqidçilər rumın filminin də Nikolae Çauşeskunun totalitar rejiminə qarşı yönəldiyini hesab etmişdir. Çünki bu film Çauşeskunun hakimiyyəti dövründə hökm sürmüş ümumi yalanı, etibarsızlığı və qorxu atmosferini əyani işıqlandırmışdır. Nyu-Yorkun Village Voice qəzetinin resenzenti bildirmişdir ki, filmdə hadisələr "hətta avtomobil qapısının çətinliksiz örtülə bilmədiyi bir cəmiyyətdə baş verir"[18]. Eyni zamanda dərc edilmiş müsahibədə rumın rejissoru belə reduksionizmi inkar etmişdir[19].
Natalya Ryabçikova "Başqalarının həyatı" filmini vaxtilə bölünmüş ölkə haqda çəkilmiş filmlərlə ümumi sıraya qoymuş və bildirmişdir ki, Almaniyada "ADR-in sakinləri- ossilər (Qərbi Almaniyada Şərqi Almaniyada yaşayanları belə adlandırırdılar) onların balaca gülməli avtomobilləri, günəşin qabağını kəsən Leninin nəhəng fiquru haqda nostalji komediyalar populyardır." Bunlardan ən məşhuru Qud bay, Lenin! (film, 2003) filmidir. Həmçinin, ossilərin Qərbə gedib çıxması üçün uğursuz cəhdləri haqda dramalar da az deyil. (Məsələn, "Tunel" filmi) Berlin divarının dağıdılması və ADR-də kommunist rejiminin son aylarını işıqlandırmaq kinematoqrafçılar arasında çox məşhurdur.
Mükafatlar və nominasiyalar | |||||
---|---|---|---|---|---|
Mükafat | Kateqoriya | Laureat və namizədlər | Nəticə | ||
BAFTA mükafatı | Ən yaxşı əcnəbi film | Qazandı | |||
Ən yaxşı film | Namizəd | ||||
Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə | Florian Henkel fon Donnersmark | Namizəd | |||
Ən yaxşı rejissor | Florian Henkel fon Donnersmark | Namizəd | |||
Ən yaxşı kişi roluna görə | Ulrix Myue | Namizəd | |||
Oskar mükafatı | Ən yaxşı əcnəbi film | Qazandı | |||
Argentina kinematoqrafiya sənəti akademiyası | Ən yaxşı əcnəbi film | Qazandı | |||
Bodil mükafatı | ən yaxşı əcnəbi film | Qazandı | |||
Varşava kinofestivalı | ən yaxşı əcnəbi film | Qazandı | |||
Devid di Donatello mükafatı | Tamaşaçıların seçimi | Qazandı | |||
Avropa kinoakademiyası mükafatı | Ən yaxşı film | Qazandı | |||
ən yaxşı kişi rolu | Ulrix Myue | Qazandı | |||
Ən yaxşı ssenari | Florian Henkel fon Donnersmark | Qazandı | |||
Ən yaxşı qadın rolu | Martina Qedek | Namizəd | |||
Ən yaxşı rejissor işi | Florian Henkel fon Donnersmark | Namizəd | |||
Ən yaxşı musiqi | Qabriel Yared, Stefan Muça | Namizəd | |||
Qızıl Qlobus mükafatı | Ən yaxşı əcnəbi film | Qazandı | |||
Sezar mükafatı | Ən yaxşı əcnəbi film | Qazandı | |||
Almaniya kino mükafatı | Ən yaxşı film | Qazandı | |||
Ən yaxşı rejissor işi | Florian Henkel fon Donnersmark | Qazandı | |||
Ən yaxşı kişi rolu | Ulrix Myue | Qazandı | |||
Ən yaxşı ikici dərəcəli kişi rolu | Ulrix tukur | Qazandı | |||
Ən ssenari | Florian Henkel fon Donnersmark | Qazandı | |||
Ən yaxşı operator işi | Heyqen Boqdanski | Qazandı | |||
Ən yaxşı musiqi | Qabriel Yared, Stefan Muça | Namizəd | |||
Ən yaxşı geyim dizaynı | Qabriel Binder | Namizəd | |||
Ən yaxşı montaj | Patrisiya Rommel | Namizəd | |||
Ən yaxşı səs | Qubertus Rat, Kristof fon Şönburq, Arno Uilms | Namizəd | |||
Ən yaxşı quruluşçu-rəssam | Silke Byur | Qazandı | |||
Rotterdam kinofestivalı | Tamaşaçıların seçimi | Qazandı | |||
Lokarno kinofestivalı | Tamaşaçıların seçimi | Qazandı | |||
London kinofestivalı | Ray Sadyacit mükafatı | Qazandı | |||
Qızıl böcək mükafatı | Ən yaxşı əcnəbi film | Qazandı | |||
Azad ruh mükafatı | Ən yaxşı əcnəbi film | Qazandı | |||
London kinotənqidçilər qrupu mükafatı | İlin əcnəbi filmi | Qazandı | |||
İlin ssenaristi | Florian Henkel fon Donnersmark | Qazandı | |||
İlin aktyoru | Ulrix Myue | Qazandı | |||
İlin rejissoru | Florian Henkel fon Donnersmark | Qazandı |