Babadağ (dağ, Azərbaycan)

Babadağ — Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biri, ziyarətgah.

Babadağ
Quba və İsmayıllı rayonları arasında yerləşən Babadağ
Qubaİsmayıllı rayonları arasında yerləşən Babadağ
Ümumi məlumatlar
Dağ sistemi Baş Qafqaz
Dağ silsiləsi Böyük Qafqaz
Mütləq hündürlüyü 3629 m
Yerləşməsi
41°01′12″ şm. e. 48°18′15″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region
  • Dağlıq Şirvan
Rayon
Babadağ xəritədə
Babadağ
Babadağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dəniz səviyyəsindən 3629 metr hündürlükdə yerləşən Babadağdan Qaraçay, VəlvələçayGirdimançay çayları başlanır. İlin çox vaxtı qarla örtülü olur.

Adının mənası

[redaktə | mənbəni redaktə et]

Babadağ oronimi Azərbaycan dilindəki "baba" (hörmət bildirən titul mənasında) sözündəndir[1].>.

Həzrətbaba piri

[redaktə | mənbəni redaktə et]

Babadağ ziyarətgah yeridir və "Həzrətbaba piri" də adlanır.

Keçmişdə Quba, İsmayıllı, Qəbələ və başqa rayonlardan gəlib bu piri ziyarət edirdilər. Rəvayətə görə, bu pir vaxtilə Şabranda rəncbər olmuş bir nəfər şəxsin qəbridir. O, bir dəfə plov yeyərkən təsadüfən bir düyünü taptalamış və bunu böyük günah sayaraq həmin dağa qalxmış və orada vəfat etmişdir. Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib. Həzrət Babanın Babadağa gəlişi Ərəbistanda İslamın meydana gəlməsindən sonra baş verib. Deyilənlərə görə, bir məclisdə necəolursa görmür, ayağının altında bir düyü dənəsi qalır. Düyü də bərəkətdir. Elə həmin gecə də Allah yuxusuna girir. Günahını yumaq üçün ona Babadağa getməyi tapşırır. Yolu da başa salır. Elə həmin gecənin səhəri Həzrət Baba ailəsini də götürübyola çıxır. Danışırlar ki, Həzrət Babanın anası Babadağa qalxmaqdan imtina edir, bacısı Ağabikə isə qardaşından ayrılmır, Babadağın zirvəsində məskunlaşırlar.

Şair Musa Yaqub “Babadağın ağ dumanı” poemasında Həzrət Babanın əvvəlcə Babadağın ətəyində yaşadığını yazır. O vaxtlar tufan, qasırğa bu tərəflərdən - dağların ətəyinə sığınmış kəndlərdən əl çəkmirmiş. Camaatın əkin-biçinini zayedirmiş. Bu işin başında duran da şeytan imiş. Adamlar Həzrət Babanın yanına xahişə gedirlər. Həzrət Baba şeytanı öldürmək üçün onun yaşadığı dağlara qalxır. İndi dəfn edildiyi yerdə yurd salır (belə fikir də var ki, Həzrət Baba qeybə çəkilib. İnsanların ziyarət elədiyi bu qəbir rəmzidir). Həzrət Baba şeytanı öldürə bilməsə də, dağ kəli, dağ keçisi və qartalların köməyi ilə onu qovub ən dərin bir dərəyə salır - camaatı bəladan xilas edir. Şeytanın gizləndiyi həmin dibsiz dərədən indi dəuğultu gəlir. İnsanlar o gündən şeytanın yaşadığı həmin dərəyə daş atırlar. Sonra qartal, kəklik, İsgəndər quşları dimdiklərində neçə gün dalbadal dən daşıyıb gətirirlər. Həzrət Baba yer əkir, taxıl yetişdirir. Əkində-biçində dağ heyvanları onunköməyinə gəlir. Sonra Həzrət Babanın ömür-gün yoldaşı Güllü və qızı onun dalınca bu zirvəyə gəlib çıxırlar. Deyirlər ki, ana və qızı ziyarətgahın yamacında, Həzrət Baba isə zirvəsində dəfn olunub. Bu dağ ilboyu qarlı olur. Ona görə də bu dağa bəzən Qarlı baba da deyirlər. Ziyarətgahı 7 dəfə ziyarət edən şəxsə «həzrət» deyirlər.

  1. Nadir Məmmədov. Azərbaycanın yer adları (oronimiya). Bakı: Azərnəşr, 1993, səh. 116.  (az.)