Vəlvələçay - Quba və Xaçmaz rayonlarından axıb Xəzər dənizinə tökülür.
Vəlvələçay | |
---|---|
Ölkə | |
Keçdiyi ərazilər | Azərbaycan |
Mənbəyi | Böyük Qafqaz |
Mənsəbi | Xəzər dənizi |
Uzunluğu | 98 km |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 629 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Uzunluğu 98 km, hövzəsinin sahəsi 629 km²-dir. Böyük Qafqazın şimal-şərq hissəsindən axan Cimi və Babaçay çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyini Babadağın şimal yamacından (2940 m) alır. İllik axımının 26%-ni yağış, 40%-ni yeraltı və 34%-ni qar suları təşkil edir. Orta illik su sərfi 3,52 kub m/san-dir. Axımın 40%-i yazda, 30%-i yayda, 20%-i payızda, 10%-i isə qışda keçir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir.
Suyunun bir hissəsi Samur-Abşeron kanalına axıdılır. Üstündə SES və su qovşağı tikilmişdir, suvarma işlərində istifadə edilir.