Babarəhim Məşrəb

Babarəhim Məşrəb (1657[1][2][…], Nəməngan1711[1][2][…], Bəlx, Bəlx vilayəti) — Özbəkistan şairi.

Babarəhim Məşrəb
Doğum tarixi 1657[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1711[1][2][…]
Vəfat yeri
Fəaliyyəti şair, filosof

Babarəhim Məşrəb (1657–1711) məşhur cığatay şairi, doğulduğu yerdən azadfikirlilik üstündə sürgün olunmuş, dərviş kimi Orta Asiya və Hindistanı gəzmişdir. Şeirlərində əyanları, məmurları, fitnəkar dindarları ifşa etdiyi üçün divanə çağrılmışdır. Bəlx hakiminin əmri ilə edam edilmişdir.

Babarəhim Məşrəbin yaradıcılığında sufilik ideyaları öz əksini tapmışdır. Şeirləri (qəzəl, müxəmməs, müsəddəs və s.) səmimiliyi, dilinin sadəliyi ilə seçilir. Rədifdən məharətlə istifadə etmişdir. "Nur mənbəyi" didaktik əsəri var. Filosof, sufi şair Babarəhim Məşrəb haqqında yazılmış qısa məlumat hər halda onun taleyi barədə müəyyən epizodları aydınlaşdırır.

  1. 1 2 3 4 Boboraḣim Mashrab // Faceted Application of Subject Terminology.
  2. 1 2 3 4 Bibliothèque nationale de France Rah̥īm Baba Mašrab // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]