Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi — Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi.
Kempinski Hotel-Badamdar | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Tikilmə tarixi | 2010- 2011 |
Mərtəbə sayı |
Yerüstü = 14 Yeraltı = 2 |
Aidiyyatı | Kempinski Hotels |
Memarlıq quruluşu | Modern |
Vəziyyəti | Fəaliyyət göstərir |
|
Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır.
Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir.
Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hoteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir.
Hotelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır.
Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Kompleksin 14 mərtəbəli binasında ailəsi ilə bərabər istirahət etmək istəyən müştərilər üçün 37 mənzil vardır. Mənzillər hər bir ailənin yüksək səviyyədə istirahəti üçün bütün məişət avadanlığı ilə təchiz edilmişdir. Bundan başqa ziyafət, iclas-konsert zalları, görüş və ofis otaqları ən son texnologiyalarla təmin olunmuşdur.
"Kempinski Hotel-Badamdar" kompleksinin alış-veriş və əyləncə mərkəzinin üçmərtəbəli mağazalar sahəsi ən yüksək tələblərə cavab verir.
Kompleksin rəmzi açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2 iyul 2011-ci ildə keçirilib.[1]