Baduk gölləri

Baduk gölləri — Qaraçay-Çərkəz Respublikasında kaskad göllər. Üç göldən ibarət dağlıq Baduk gölləri Baduk çayı üzərində olub Qərbi Qafqazdakı Xajıbey və Baduk silsilələri arasında yerləşir. Bu üç göldən başaqa Baduk çayının yuxarı axarlarında, daha az tanınan və çatılması çətin olan başqa göllər də var. Aşağıda olan üç gölü bəzən Aşağı Baduk gölləri adlandırırlar. Yerli əhali isə çox vaxt bütün gölləri Baduklar adlandırır.

Baduk
rus. Баду́кские озёра
Ümumi məlumatlar
Tökülən çay Baduk
Yerləşməsi
43°22′ şm. e. 41°39′ ş. u.
Ölkə  Rusiya
Baduk xəritədə
Baduk
Baduk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Geoloji araşdırmalara görə göllər uçqun — bənd mənşəlidir. Göllərin təxmini yaşı 150–200 ildir[1]. Göllər ətrafında şamağcaqayın meşəliklər var.

Hər üç göl əsrarəngiz gözəlliyinə görə bölgədə məhşurdur. Göllər Teberdin qoruğunun ərazisində olmaqla qorunur. Göllərə piyada gəzinti turları təşkil olunur. Göllərə bir nəfər üçün gediş haqqı 300 rubldu. Mövcud marşrutlardan ən böyüyü Teberdin qoruğuna olandı[2].

Göllərə ən yaxın yaşayış məntəqəsi Teberda şəhəri və Dombay qəsəbəsidir.

Birinci Baduk gölü

Birinci Baduk gölü — üç göldən ən aşağıda olanı və ölçüsünə görə ən kiçiyi. Gölün uzunluğu 80 metrdir. Dərinliyi 4,5 metrdir. Yay aylarında göl suyunun temperaturu 5 °C-dən yuxarı qalxmır.[3] Göldən İkinci Baduk gölünə olan məsafə 260 metrdir.

İkinci Baduk gölü dəniz səviyyəsindən 1987 metr hündürlükdə yerləşir. Gölün uzunluğu 200 metrdir. İkinci və Üçüncü göl arasında olan məsafə 130 metrdir.

İkinci Baduk gölü

Üçüncü Baduk gölü самоеhündürlüyünə görə ən yüksəkdə yerləşir (1990 m). Göl digərlərinə nisbətən ən qərbdə yerləşir və sahəsinə görə daha böyükdür. Gölün sahəsi təxminən 3,6 hektardır. Maksimal uzunluğu 330 metr, eni isə 200 metrdir. Sahil xəttlərinin uzunluğu — 0,9 km-dir[4]. Dərinlik — 9 m-dir. Bəzən bu gölü Böyük Baduk gölü adlandırırlar. Göl suyunun rəngi mavi-yaşıldır. Yay aylarında göl suyunun temperaturu 10 °C qədər qalxır. Göl suyunda alabalıq var[3].

Üçüncü Baduk gölü
  1. Ефремов Ю. В. Голубое ожерелье Кавказа / Ред. М. Г. Тараканова; Худож. Д. М. Плаксин. — Ленинград: Гидрометеоиздат, 1988. — 160 с. — 100 000 экз.
  2. "Цены на экомаршруты" (rus). Тебердинский государственный природный биосферный заповедник. 2012-06-09. 2013-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-22.
  3. 1 2 "Архив телеканала АТВ-Ставрополь". www.atvmedia.ru (rus). 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  4. Замеры длин и расстояний сделаны 22 августа 2010 года по космическим снимкам Google Maps.