Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir.
Qaraçay-Çərkəz Respublikası | |
---|---|
Карачаево-Черкесская Республика Къарачай-Черкес Республика Къэрэшей-Шэрджэс Республикэ | |
43°55′ şm. e. 41°47′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Çerkessk |
İcra başçısı | Rəşid Temrezov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 16 may 1992 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-KC |
Avtomobil nömrəsi | 09 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur.
Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır. Üzvlərinin sayı 73 nəfərdir.[1] Xalq Yığıncağının üzvləri 4 ildən bir respublika əhalisinin 18 yaş və daha yuxarı qisminin ümumi, bərabər, birbaşa və gizli səsverməsi ilə seçilir.[1]
Respublikanın ərazisi 14,277 км²-dir.[2] Respublika ərazisinin 80%-i dağlıq ərazidir. Burada yerləşən Elbrus Qafqazın ən hündür dağıdır. Respublika su ehtiyatı ilə zəngindir. Beləki, respublika ərazisində buz mənşəli 130 dağ gölü yerləşir və irili-xırdalı 172 çay axır.[1] Çaylardan ən iriləri Kuban, Urup, Laba, Kİçik və Böyük Zelençuq çaylarıdır.[1] Respublika ərazisinin 416,201 hektarı meşələrlə örtülüdür.[1]
2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən respublikada 439.470 nəfər əhali yaşayır .[3]
Dövlət | Siyahıyaalınmalara əsasən Qaraçay-Çərkəz Respublikası əhalisinin etnik tərkibi | |||
---|---|---|---|---|
2002-ci il | 2010-cu il | |||
Toplam | 439 470 | 478 517 | ||
Qaraçaylılar | 169 198 | 194 324 | ||
Ruslar və Kazaklar | 147 878 | 150 025 | ||
Çərkəzlər | 49 591 | 56 466 | ||
Abazinlər | 32 346 | 36 919 | ||
Noqaylar | 14 873 | 15 654 | ||
Osetinlər | 3 333 | 3 142 | ||
Ermənilər | 3 197 | 2 737 | ||
Ukraynalılar | 3 331 | 1 990 | ||
Tatarlar | 2 021 | 1 696 | ||
Yunanlar | 1 349 | 1 276 | ||
Təsniflənməmiş | 88 | 3 499 |
Qaraçay-Çərkəz respublikası aqrar ölkəsidir. Təsrrüfatının əsas-kimya və neft-kimya , yeyinti və yüngül sənaye sahələri təşkil edir. Bununla yanaşı Qaraçay-Çərkəz respublikasında maşınqayırma və metal emalı (o cümlədən elekrotexnika, radiotexnika) tikinti materialları, ağac emalı, kömür və dağ mədən sənayesi inkişaf etmişdir. Onun energetikası Kuban çayının hidroenerji ehtiyatlarına əsaslanır. Sənayesi əsasən Çerkesk şəhərində mərkəzləşmişdir. Ən iri müəssisələri texniki rezin məmulatları, alçaq gərginlikli aparatlar, soyuducular istehsal edən müəssisələr, kimya, sement, süd zavodları, mebel, ayaqqabı, tikiş fabrikləri, ət kombinatlarıdır. Əkinçilik və heyvandarlıq Qaraçay-Çərkəz respublikasının kənd təsərrüfatının aparıcı sahələridir. Dənli bitkilər (buğda, qarğıdalı), texniki bitkilərdən (günəbaxan, şəkər çuğunduru) kartof, tərəvəz və yem bitkiləri əkilir. KubanKalauz suvarma sistemi kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Dağ rayonlarında kənd təsərrüfatının əsasını iri buynuzlu mal-qara saxlanması və qoyunçuluq təşkiil edir. Bununla yanaşı burada quşçuluq və arıçılıq da inkişaf etmişdir. Nəqliyyatın inkişafı üçün dağlar böyük maneələr törədir. Ona görə də yollar adətən çay vadiləri boyu uzanır. Nəqliyyat hövzələrindən ən inkişaf etmiş avtomobil nəqliyyatıdır. Dəmir yollarının uzunluğu 70 km-ə qədərdir. Qaraçay-Çərkəz respublikasının dağlıq olması təbiətinin füsunkar olması, burada turizm və istirahət zonalarının inkişafına əlverişli şərait yaradır. Teberdə və Dombay beynəlxalq əhəmiyyətli kurort şəhəridir. Faydalı qazıntılarından (daş kömür), (qurğuşun), (sink), (mis), (sürmə), (əhəngdaşı), (mərmər) və s. çıxarılır. Respublika iqtisadi əlaqələrinin tərkibinə daxil olduğu Şimali Qafqaz iqtisadi rayonunun respublikaları və vilayətləri ilə həyata keçirir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |