Bu məqalə Nəriman Nərimanovun "Bahadır və Sona" romanı haqqındadır. Digər mənalar üçün Bahadır və Sona səhifəsinə baxın. |
Bahadır və Sona — Nəriman Nərimanov tərəfindən 1896–1898-ci illərdə yazılmış roman. Azərbaycan ədəbiyyatında ilk roman.[1]
Bahadır və Sona (roman) | |
---|---|
azərb. Bahadır və Sona | |
| |
Janr | Roman |
Müəllif | Nəriman Nərimanov |
Orijinal dili | azərbaycan |
Yazılma ili | 1896 |
Nəşr ili | 1896 |
Vikianbarda əlaqəli mediafayllar |
Roman öz millətini istəyən müsəlman tələbə Bahadır ilə təhsil görmüş, ağıllı, öz xalqını sevən erməni Sonanın sevgisi haqqındadır. Yazıçı romanda din, millət, mədəniyyət, mətbuat, ailə və s. məsələlərə münasibət bildirmişdir. Sevgi əhvalatı faciədə bir ədəbi vasitə olsa da, yazıçının əsas ideyası millət, vətən qayğısı, ictimai tələblər, mövhumatçılıq, müsəlman qadınlarının savadsızlığı kimi məsələlər idi. Bahadır və Sonanın bədbəxt taleyi ictimai həyatın faciəsi idi. Burada iki gəncin nakam məhəbbəti ictimai fəlakətlərin mənbəyi olan burjua-mülkədar qayda-qanunları, ruhani cəhaləti fonunda qələmə alınmışdır. Məhz bu cəhətdən yazıçının faciədə verdiyi hadisələr uydurma və ya sadəcə təxəyyülün məhsulu deyil, tarixi bir həqiqət idi.[2]
Roman 2018-ci ildə Kəpəz nəşrləri tərəfindən çap olunub. Bu nəşrə ön söz Jan-Emmanuel Medina yazılıb[3].