Şıxəli Qurbanov

Şıxəli Qurban oğlu Qurbanov (16 avqust 1925, Bakı24 may 1967, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Ş. Qurbanov Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan Ali Sovet İttifaqına deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

Şıxəli Qurbanov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
fevral 1966 – 24 may 1967
Birinci katibVəli Axundov
1957 – 1957
1955 – 1956
SonrakıHenrix Pisman
Şəxsi məlumatlar
Doğum tarixi 16 avqust 1925(1925-08-16)
Doğum yeri
Vəfat tarixi 24 may 1967(1967-05-24) (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi zəhər[d]
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, şair
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər
Rütbəsi çavuş
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi

Təltifləri "Lenin" ordeni "İgidliyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Köniqsberqin alınmasına görə" medalı
Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı

Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulmuşdur.[1]

Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.

1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar"[2].

  1. http://www.sherg.az/2012/07/05/get=51296[ölü keçid]
  2. "Şıxəli Qurbanovun vəfatından 44 il ötür". 2016-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-27.