Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bakı Gəmiqayırma Zavodu (ing. Baku Ship Yard) — tikintisinə 2010-cu ilin mart ayından başlanılan zavod.
Bakı Gəmiqayırma Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Gəmiqayırma |
Məhsulu | gəmi |
Təsis tarixi | 2013 |
Baş qərargahın yeri | Azərbaycan, Baki - Astara şossesi, 25-ci km. AZ1083 |
Struktur | |
İşçi sayı | 2 000 |
bakushipyard.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu müəssisə Xəzər dənizi hövzəsində ən böyük gəmiqayırma zavodudur. Onun istehsal gücü ildə 25 min ton metal konstruksiya təşkil edir.
“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ), ARDNŞ və Sinqapurun “Keppel” şirkətinin birgə həyata keçirdiyi Bakı Gəmiqayırma Zavodunun inşasının 2013-cü ilin III rübündə başa çatdırılması planlaşdırılmışdır. Zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı gəmiqayırma zavodu” MMC birgə müəssisəsi yaradılıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdirlər. Zavod istismara verildikdən sonra 1-ci mərhələdə ildə 4 ədəd 15 min ton yükdaşıma qabiliyyətinə malik tanker, 4 ədəd dəniz təchizat və ya yedək gəmisinin inşası nəzərdə tutulur. Yeni gəmilərdən başqa, zavodda gəmilərin təmiri də planlaşdırılıb. Xəzər dənizindəki yük daşımalarının həcminin artırılmasını nəzərə alaraq daha irihəcmli tankerlərə ehtiyac olduqda, 2-ci mərhələdə zavodda 60-70 min ton yükgötürmə qabiliyyətinə malik tankerlərin inşası da mümkündür.[1] Gəmiqayırma Zavodunun tikintisi Azərbaycana 470 milyon dollara başa gəlib.
Müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını müasirləşdirməyə imkan verəcəkdir. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunacaqdır. Müəssisə artıq ilk sifarişini də qəbul edib. Yeni layihə “Caspian Drilling Company LTD” tərəfindən verilən yarımqazma qurğusu – DSS 38M-dir. Gəmiqayırma zavodunda qurğunun pantonunun göyərtəsi, eyni zamanda, yuxarı göyərtə hazırlanacaqdır. Zavodda həmçinin ildə 80-100 ədəd gəmi təmiri həyata keçirmək mümkün olacaq. Tam fəaliyyətə başlayanda zavodun işçilərinin sayı 1250 nəfər olacaq. Gələcəkdə işçilərin sayının 2000 nəfərə qədər artırılması planlaşdırılır.[2]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |