Bakı konkası

Bakı konkası 1900 il.

Bakı konkasıBakı şəhərində mövcud olmuş atla hərəkətə gətirilən tramvay xətti.

1887-ci ildə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev başda olmaqla digər beş mesenat atlı-dəmiryol səhmdar cəmiyyətini təşkil edirlər. Bakı konkası ilk dəfə 7 (19) aprel 1889-cu ildə hərəkətə gətirilir. Səhmdar cəmiyyətin ilk sədri H. Z. Tağıyev olur. Tikinti işləri isə B. A. Rotulda tapşırılır (1 dekabr 1890 ilə qədər, sonradan rəhbərlik L. М. Rıjanskiyə həvalə edilir). Relslər arasında məsafə 1524 mm-dir. İlk ildəcə tikintiyə 52 min rubl pul ayrılır. 1923-cü ilin 1 oktyabr tarixində xətlər elektrikli tramvayla əvəzlənir.

Bakı konkası.

Şəbəkə öz növbəsində bir-biri ilə əlaqəsi olmayan xətlərdən ibarət olmuşdur:

Voğzal — Bayıl: Voğzal, Voğzal meydanı, Telefonnaya (28 may), B.-Morskaya, Molokanskaya, Mariinskaya, Baryatinkaya, Mixaylovdkaya, Naberejnaya prospekti (Neftçilər prospekti), Mixaylovski bağı (Əliağa Vahid bağı), Bayıl (Dağlıq hissəsi). Əks istiqamət: Mixaylovski bağı (Əliağa Vahid bağı), Naberejnaya, Mixaylovski, Merkurevskaya, B.-Morskaya, Telefonnaya, Voğzal meydanı, Voğzal.

Voğzal — Şamaxinka: Voğzal, Voğzal meydanı, Telefonnaya (İstiqlal), B.-Morskaya, Molokanskaya, Kolyobakinskaya, Voronsovskaya, Balaxanskaya (Füzuli küçəsi), Şaxskaya, Şamaxinka (Dağlıq hissəsi). Əks istiqamət: Şamaxinka, Bazarnaya, Kolyobakinskaya, Mariinskaya, Merkurevskaya, B.-Morskaya, Telefonnaya, Voğzal meydanı, Voğzal.

Şamaxinka — Bayıl: Şamaxinka, Bazarnaya, Kolyobakinskaya, Parapet (Fəvvarələr meydanı) Velikoknazskaya, Mixaylovskaya, Nberejnaya, Mixaylov bağı, Bayıl (Dağlıq hissəsi). Əks istiqamət: Mixaylov bağı, Bayıl, Naberejnaya, Olqinskaya, Velikoknazskaya prospekti, Parapet, Kolyobakinskaya, Voronsovkaya, Şamaxinka.

Balaxanı': Şamaxinka, Balaxanı, Sabunçu voğzalı, Voğzal meydanı. Əks istiqamət — eni istiqamətdə geri qayıdır.

Voğzal — Qara şəhər: Voğzal meydanı, Telefonnaya, Nobel Qardaşları. Əks istiqamət — eni istiqamətdə geri qayıdır.

1895-ci ildə artıq konkanın dörd xətti mövcud idi. Şəhər daxili xəttlər Bakı tramvayına dövr edilir. Qara şəhər istiqamətində mövcud xətlər buxarlı tramvayla əvəzlənir. Sonradan isə elektrikli tramvayla əvəzlənir. Ensiz reylslər tədricən tramvaylara verilsədə sonradan neftlə bağlı dəmiryollarına verilir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bakı konkası iki tip vaqondan istifadə edilirdi: yay və qış vaqonları. Bu konka bütün Çar imperiyasında nadir konkalardan idi ki, burada siqaret çəkmək qadağan edilmişdi. Sürücü və konduktordan ibarət ekipaja malik idi. Yeni vaqonlarda xidmət haqqı 5 qəpik idi. Açıq vaqonda və damda gediş haqqı isə cəmi 5 qəpik olmuşdur.

  1. Bakı tramvayı
  2. Sumqayıt tramvayı
  3. Gəncə tramvayı