Gəncə tramvayı — Gəncə şəhərində mövcud olmuş tramvay xətti. Gəncədə tramvay ilk dəfə 1933-cü ildə istifadəyə verilmişdir. Tramvay xətti üç maşrutdan ibarət olmuşdur. Reylslər arasında məsafə 1524 mm idi. Tramvay xətti 1976[1]-ci ildə ləğv edilmişdir.
Gəncə tramvayı | |
---|---|
Tramvay sistemi | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Sistemin tipi | sərnişin |
Açılış tarixi | 1933 |
Bağlanma tarixi | 1974 |
Marşrutların sayı | 3 |
Tramvay parklarının sayı | 1 |
Dəmir yolunun eni | 1524 mm |
Qida növü | hava əlaqə məftili ilə elektrik |
Kontakt şəbəkəsinin gərginliyi | 600 V |
Yaxın gələcəkdə Gəncədə tramvay xəttinin yenidən bərpası aktualdır. 2013-cü ildə fransız NEWTL şirkəti ilə bu məsələdə razılığa gəlinmişdir[2][3].