Bakı tramvayı — Azərbaycanın paytaxtı Bakı şəhərində 1924–2004-cü illərdə fəaliyyət göstərən ictimai nəqliyyat növü.
Bakı tramvayı | |
---|---|
| |
Tramvay sistemi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Sistemin tipi | sərnişin |
Açılış tarixi |
1889 Bakı konkası 8 fevral 1924 Elektrikli tramvay |
Bağlanma tarixi | 2004 |
Marşrutların sayı | 6 |
Tramvay parklarının sayı | 1 |
Dəmir yolunun eni | 1.524 mm |
Qida növü | hava əlaqə məftili ilə elektrik |
Kontakt şəbəkəsinin gərginliyi | 600 V |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ictimai nəqliyyat növünün inklişafına tələbat yaratdı. 1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda "konka" (polad rels xəttiylə işləyən fayton) tikilmişdi. Lakin nə faytonlar, nə də konka neft paytaxtının tələbatını ödəmirdi.
1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə Şəhər Dumasına təklif gəldi. Bu təklifin reallaşması 20 il ləngiyirdi. Nəhayət, 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bildi. Şəhərdə tramvay xətlərinin tikintisinə başlandı. Əvvəl lazımi vəsait olmadığından, relslər Rusiyanın bir neçə zavodunda sifariş olundu.
Şəhərdə ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi.
Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub. Xatirələrində yazır ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib. Əgər 1920-ci ildə "konka" 9,9 milyon sərnişin aparırdısa, 1925–26-cı ildə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşıyırdı. 1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında trolleybus xətti salındı, 1960-cı ildən tramvay parkının nəzdində funikulyor fəaliyyətə başladı. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı.[1]
2012-ci ilin fevral ayında Azərbaycan Hökuməti, Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb. "Ağ Şəhər" layihəsi reallaşdıqdan sonra tramvay xətti bərpa ediləcək. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir.[2]