Bakı yarmarkaları (1920-ci illər)

Bakı yarmarkaları — 1920-ci illərdə Bakıda təşkil olunmuş beynəlxalq ticarət tədbirləri.[1]

Birinci Bakı Yarmarkası

[redaktə | mənbəni redaktə et]

Birinci Bakı Yarmarkası 1922-ci il sentyabrın 15-də təntənəli şəkildə açılmış[2] və öz işini 1922-ci il noyabrın 15-də sona çatdırmışdır.[1]

Bakı yarmarkasının məqsədi Rusiya və Yaxın Şərq bazarları ilə əmtəə dövriyyəsini qaydaya salmaq idi.[3]

İştirakçılar

[redaktə | mənbəni redaktə et]

Sentyabrın 15-də hələ yarmarkanın açılışı ərəfəsində 37 ticarət firması qeydiyyata düşmüşdü. Onlardan 16-sı dövlət, 2-si kooperativ, 19-u xüsusi firmalar idi. 9 firma Rusiya və yerli, 4 firma İran firması idi. 4 firma təsadüfü müqavilələrlə işləyən firmalar idi. Noyabrın 15-də isə — yarmarkanın bağlandığı vaxt artıq 150 firma fəaliyyət göstərirdi ki, bunlardan da 28-i dövlət, 2-si kooperativ, 120-si xüsusi firmalar idi. Xüsusi firmalardan 45-i rus və yerli, 16-si İran, 5 xarici, 55-i təsadüfü firmalar idi.[3][4]

Yerli iştirakçılar

[redaktə | mənbəni redaktə et]
  • "Azipək";
  • "Azdəri";
  • "Azneft";
  • "Azfarmsənaye";
  • "Azərittifaq";
  • "Azərtütün";
  • və s. birlik və trestlər.[1]

Yarmarkada həmçinin, "Azdövlətbank"ın şöbəsi fəaliyyət göstərirdi.[1]

Xarici iştirakçılar

[redaktə | mənbəni redaktə et]

1922-ci il sentyabrın 14-də RSFSR-in İrandakı səlahiyyətli nümayəndəsi bütün İran tacirlərinə müraciət edərək bildirir ki,

"Sentyabrın 15-də Bakı şəhərində yarmarka açılacaq… Tacirlərin yarmarkaya gəlməsi sərbəstdir və xarici ticarət orqanlarının icazəsi olmadan həyata keçirilir."[2]

Həmçinin, 1922-ci il oktyabr ayının ortalarında yarmarkanın lisenziya bürosu "Zakvneştorq"dan Bakı yarmarkası zamanı "Rosvneştorq", "Zakvneştorq", "Sentrsoyuz" və "Zaksoyuz"dan alınmış Qərbi Avropada istehsal olunan malların İrana maneəsiz ixracına icazə verildiyini bildirən teleqram almışdır.[1]

İran tacirləri Bakı yarmarkalarına pambıq, düyü, yun, mum, tumac, quru meyvələr, gənəgərçək yağı, kitrə və s. gətirmiş, Bakıdan isə qənd, parça, şüşərezin məhsulları, kağız, dəmirpolad məmulatları və s. aparmışlar.[1]

İranla yanaşı bu yarmarkalarda TürkiyəƏfqanıstan tacirləri də iştirak etmişdirlər.[1]

Ticarət dövriyyəsi

[redaktə | mənbəni redaktə et]

Birinci Bakı Yarmarkasının ümumi dövriyyəsi 1865 min rubl, yük dövriyyəsi isə 494252 pud olmuşdur.[1]

İran tacirləri yarmarkaya 138885 pud mal gətirib, buradan vətənə 69594 pud mal apardılar. İranla ticarət dövriyyəsi 220 min rubla bərabər idi.[1]

Əmtəə dövriyəsinin həcminə görə, Birinci Bakı Yarmarkası Nijni Novqorod Yarmarkasından sonra 2-ci yeri tuturdu.[1]

Növbəti yarmarkalar

[redaktə | mənbəni redaktə et]

İlk yarmarkadan sonra Bakı yarmarkalarının keçirilməsi ənənəyə çevrilmişdir. Ümumilikdə 1922-ci ildən 1929-cu ilə qədər (1928-ci il istisna olmaqla) 7 yarmarka təşkil olunmuş, 1925-ci ildən isə ümumittifaq əhəmiyyətli olmuşdur.[1]

Beləliklə, qeyd etmək lazımdır ki, Bakı yarmarkalarının nüfuzu olduqca yüksək olmuş, yalnız qonşu dövlətlərin deyil, başqa xarici ölkələrin də diqqətini özünə cəlb etmişdir.[1] Hər dəfə yarmarkalarda əvvəlkinə nisbətən daha çox İran tacirləri iştirak etmiş və müvafiq olaraq, ildən-ilə iki qonşu dövlət arasında ticarət dövriyyəsi artmışdır.[1]

1923-cü ildə Bakı Yarmarkası binalarının layihələrində milli memarlıq ənənələri öz əksini tapmışdır.[5]

1925-ci ilin aprel ayında açılan Bakı Yarmarkasının sifarişi ilə "Dördüncü Bakı yarmarkası" adlı film çəkilmişdir. Filmdə yarmarkadan görüntülər əks etdirilmiş,[6] SSRİ-nin Şərqdəki xarici ticarət problemlərinə toxunulmuşdur.

Bu yarmarkalar 1927-ci ildə SSRİİran arasında ticarət sazişinin bağlanması üçün də zəmin yaratmışdır.[1]

1927-ci ilin oktyabr ayında Paris şəhərinin Ticarət Palatası Zaqafqaziya Xalq Ticarət Komissarlığına müraciət edərək, Bakı yarmarkaları haqqında müfəssəl məlumatın göndərilməsini xahiş etmişdir.[1]

1930-cu il martın 16-da SSRİ Əmək və Müdafiə Şurasının qərarı ilə Nijni Novqorod və Bakı yarmarkaları ləğv edilmişdir.[7]

Ümumi ticarət dövriyyəsi

[redaktə | mənbəni redaktə et]

Mənbə: Cavanşir Vəkilov. BAKI YARMARKALARI VƏ İRAN: XX ƏSRİN 20-Cİ İLLƏRİ Arxivləşdirilib 2015-03-20 at the Wayback Machine. "Diplomatiya aləmi" jurnalı, 2003, № 2, səh. 72–74.  (az.)

Sıra İl Ümumi dövriyyə İranla dövriyyə
I 1922 1865 min 220 min
II 1923 4776 min 1432 min
III 1924 8470 min 3939 min
IV 1925 16109 min 8256 min
V 1926 16283 min 9207 min
VI 1927 31220 min 23165 min
VII 1929 36600 min 16164 min
  • Qeyd: Dövriyyə rublla göstərilmişdir.
  • Məmmədov A.Ə. Bakı yarmarkalarının beynəlxalq ticarət-iqtisadi əlaqələrində rolu (1920-ci illər). // Üçüncü Bakı beynəlxalq simpoziumu. Bakı, 1997.[8]  (az.)
  • Vəkilov C.M. Azərbaycan Respublikası və İran: 40-cı illər. Bakı, Elm nəşriyyatı, 1991.  (az.)
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Cavanşir Vəkilov. BAKI YARMARKALARI VƏ İRAN: XX ƏSRİN 20-Cİ İLLƏRİ Arxivləşdirilib 2015-03-20 at the Wayback Machine. "Diplomatiya aləmi" jurnalı, 2003, № 2, səh. 72–75.  (az.)
  2. 1 2 Azərbaycan tarixi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yeddi cilddə. VI cild (aprel 1920 — iyun 1941), Bakı, "Elm", 2008, səh. 385.  (az.)
  3. 1 2 Seyfəddin Səməndərov. XX əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanda daxili və xarici ticarət, gömrük işinin təşkili ilə əlaqədar dəyərləndirmələ Arxivləşdirilib 2014-07-01 at the Wayback Machine. "Azərbaycanın vergi jurnalı", 2012, № 2, səh. 142.  (az.)
  4. B.Quxmanın "Bakı yarmarkasının fəaliyyətinin nəticələri" məqaləsi. "Экономический вестник" (Еженедельный орган Высшего Совета АССР), Баку: 1922, № 22, s. 9–11, № 22  (rus.)
  5. Azərbaycan tarixi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yeddi cilddə. VI cild (aprel 1920 — iyun 1941), Bakı, "Elm", 2008, səh. 224.  (az.)
  6. "YouTube"də Filmin videosu Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine.
  7. Azərbaycan tarixi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yeddi cilddə. VI cild (aprel 1920 — iyun 1941), Bakı, "Elm", 2008, səh. 392.  (az.)
  8. Azərbaycan tarixi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yeddi cilddə. VI cild (aprel 1920 — iyun 1941), Bakı, "Elm", 2008, səh. 468.  (az.)