Cavanşir Vəkilov

Cavanşir Mehdixan oğlu Vəkilov (7 fevral 1951, Bakı23 avqust 2013, Bakı) — diplomat, pedaqoq, tarix elmləri namizədi (1988), görkəmli ictimai-siyasi xadim, tarixçi, yazıçı, pedaqoq, vikipediyaçı, Mehdixan Vəkilovun oğlu.

Cavanşir Vəkilov
Doğum tarixi 7 fevral 1951(1951-02-07)
Doğum yeri
Vəfat tarixi 23 avqust 2013(2013-08-23) (62 yaşında)
Vəfat yeri
Atası Mehdixan Vəkilov
Elm sahələri tarix, şərqşünaslıq
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Azərbaycanca Vikipediyada J vekilov, Rusca Vikipediyada isə Qalxan adı altında fəaliyyət göstərirdi.

Cavanşir Vəkilov 1951-ci il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.

1967-ci ildə 190 nömrəli orta məktəbi bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1972-ci ilin avqust ayından 1975-ci ilin sentyabrına kimi Əfqanıstanda, 1978-ci ilin oktyabr ayından 1979-cu ilin noyabr ayına kimi İranda tərcüməçi işləmiş, hər iki ölkədə antimonarxist inqilabların şahidi olmuşdur.

1975-ci ilin axırlarında bir neçə ay ərzində Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondu, 1976–1992-ci illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborantdan baş elmi işçiyədək yol keçmiş, 1988-ci ildə "Azərbaycan Respublikasının SSRİ-İran mədəni əlaqələrində iştirakı (1941–46-cı illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

2013-cü il avqustun 23-də dənizdə boğularaq vəfat edib[1].

Xaricdə və Azərbaycanda fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müstəqillik dövründə 1992-ci ilin mart ayında diplomatiya sahəsinə keçmiş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ikinci və birinci katib, 1 may 1995-ci ildən 5 noyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasının Tehrandakı səfirliyində 2-ci katib vəzifəsində çalışmışdır.

Ankara (1993), Tehran (1994, nümayəndə heyətini rəhbəri) və Qahirədə (2002, nümayəndə heyətini rəhbəri) keçirilən Diplomatik Kurslarda iştirak etmişdir.

1993–1995-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran nümayəndə heyətləri ilə danışıqlarında fars dili tərcüməçisi kimi iştirak etmiş, Prezidentin Tehran (1994, 2000, 2002), Aşqabad (1994), Məşhəd (1996) səfərlərində Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur.

Onun Azərbaycanın Sloveniya ilə diplomatik münasibətlərinin qurulmasında xidmətləri vardır.

1997-ci ilin əvvəlində Tehran, Təbriz, ZəncanƏrdəbilin əsas dövlət qəzetlərində "İran ermənilərinə müraciət"ini fars, Azərbaycan və ingilis dillərində dərc etdirə bildiyinə görə, səfirliyin 2-ci katibi C.Vəkilova təşəkkür elan edilmiş və şəxsi işinə əlavə edilməsi məqsədi ilə XİN-ə göndərmişdir.

1998-ci ilin noyabrında İrandakı diplomatik fəaliyyəti bitdikdən sonra XİN-ə qayıtmış, 2000-ci ildən 2-ci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsinin müdiri vəzifəsində çalışmış, 2003-cü il iyul ayının 1-də C.Vəkilova 2-ci dərəcəli müşavir rütbəsi verilmişdir. 2003-cü il sentyabrın 15-dən – 2007-ci il sentyabrın 16-dək Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin müşaviri vəzifəsində çalışmışdır.

2003-cü il dekabr ayının 26-da rəsmi məlumatlara görə 41 min adamın ölümünə səbəb olmuş İran İslam Respublikasının Kerman vilayətinin Bəm şəhərində baş vermiş zəlzələdən sonra dekabr ayının 27–31-də Azərbaycan Respublikasından İİR-ə ezam olunmuş həkim briqadası, (16 nəfər) xilasedici qrup (24 nəfər) və hadisələrin işıqlandırılmasında ANS televiziya kanalı şirkəti üzvlərinin (2 nəfər) fəaliyyətlərinin aparılmasına və zəlzələ zonasında Azərbaycan Respublikasından ezam olunmuş nümayəndə heyətinin işinin təşkil olunmasına etdikləri köməkliyə, nümunəvi və peşəkar xidmətə, zəlzələ dalğalarının davam etdiyi bir vaxtda soyuq havada səhra şəraitində qurulmuş çadırda, məişət vəziyyətinin ağır olduğu bir halda, qida və su çatışmazlığı şəraitində göstərdikləri xidmətə görə, səfirliyin müşaviri Cavanşir Vəkilova təşəkkür elan edilmiş və şəxsi işinə əlavə edilməsi məqsədi ilə XİN-ə göndərmişdir.

Azərbaycan Respublikasının İİR-dəki Səfirliyinin müşaviri vəzifəsində çalışdığı zaman 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil etmiş və orada 2005-ci il mart ayının 7-dək (qeyri-rəsmi aprel ayının əvvəllərinə qədər) ilk Baş Konsul vəzifəsini icra etmişdir. Belə bir vəzifəyə, məhz, Azərbaycanın milli şairi Səməd Vurğunun qardaşı oğlunun təyin olunması İran Azərbaycanı ziyalıları tərəfindən rəğbətlə qarşılanmış, bu haqda Təbriz mətbuatında yazılar dərc edilmilşir.[2]

2005-ci il aprel ayının axırlarında (təhvil-təslim işləri aparıldıqdan sonra) Tehrana qayıtmış və 2007-ci il sentyabr ayının 16-na qədər Səfirlikdə müşavir vəzifəsində çalışmışdır.

2007-ci il yanvar ayının 7-də 1-ci dərəcəli müşavir diplomatik rütbəsi verilmişdir.

Vətənə qayıtdıqdan sonra 2007-ci il sentyabr ayının 21-dən Azərbaycan Respublikası XİN-in 2-ci (Şərq) Ərazi idarəsində (2013-cü ildən 1-ci Asiya idarəsi) müşavir vəzifəsində çalışır.

2009-cu ildə "Azərbaycan Respublikası Diplomatik Xidmət orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

11 il yarım müddətdən artıq Azərbaycan Respublikasını (1970-ci illərdə Azərbaycan SSR-ni) Vətəndən xaricdə təmsil etmişdir.

Beş dəfə Məşhəd şəhərində imam Rza hərəmini, yeddi dəfə Qum şəhərində Fateme-yi Məsume hərəmini, İranda çalışdığı müddətdə Ərdəbildə Şah İsmayılın, Xorasanda, Tus şəhəriində Firdovsinin, Şiraz şəhərində Hafiz, SədiKərim xan Zəndin, Məşhəd şəhərində Nadir şah Əfşarın məqbərətürbələrini, Tehranda Səttarxanın, Təbrizdə, Sorxab məhəlləsində, Məqbərətülşüarada (Şairlər Məqbərəsi)ndə Əsədi Təbrizi [1072-ci ildə ilk dəfn olunmuş], Xaqani Şirvani, Zülfəqar Şirvani, Şahpur Nişapuri, Qətran Təbrizi, Mani Şirazi, Mücirəddin Beyləqani, Məğrebi Təbrizi, Hümam Təbrizi, Ənvəri Əbiverdi, Mirzə Əli Siqqətülislam, Şeyx Məhəmməd Xiyabani, Seyid Məhəmməd Şəhriyar [1988-ci ildə son dəfn olunmuş] və oradakı daha 53 nəfər şair və məşhur xadimin qəbrlərini ziyarət etmişdir.

Əfqanıstanda çalışdığı müddət ərzində Kabildə Məhəmməd Nadir şah Durranininın, Herat şəhərində CamiNəvainin türbələrini ziyarət etmişdir.

2002-ci ildə Bakıda "Ozan" nəşriyyatında işıq üzü görmüş "Heydər Əliyev və Şərq" altı cildliyinin İran İslam Respublikasına həsr olunmuş 2-ci cildinin hazırlanmasında yaxından iştirak etmişdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin 90 illik yubileyi münasibətilə nəşr olunmuş:

  • Cəmil Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918–1920). Bakı: "GARİSMA" MMC nəşriyyatı, 2009.
  • Джамиль Гасанлы. Внешняя политика Азербайджанской Демократической Республики (1918–1920). Москва: Изд."Флинта", Изд."Наука", 2010.
  • Cəmil Həsənli. Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920–1939). Bakı: "Adiloğlu" nəşriyyatı, 2012,

kitablarının redaksiya şurasının üzvü olmuşdur.

Şəxsi kitabxanasını Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kitabxanasına, Azrəbaycan Milli Elmlər Akademiyası Fundamental kitabxanasının Şərq fonduna və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutun kitabxanasına hədiyyə etmişdir. İranda çalışarkən, əldə etdiyi çox saylı kitab, jurnal və qəzetləri adı çəkilən kitabxanalardan başqa Azərbaycan Yazıçılar Birliyi, Bakı Dövlət Universitetinin kitabxanalarına və M.F.Axundov adına Milli Kitabxanaya göndərmişdir.

Pedaqoji və digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindəki fəaliyyəti ilə yanaşı 2001–2003 və 2007–2013-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti", "Müasir diplomatiya", "Diplomatik danışıqlar", "Diplomatik sənədlər" ixtisasları üzrə mühazirələr oxuyub. "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti", "Müasir diplomatiya" fənləri üzrə dərsliklər hazırlamış və Akademiyanın (DİA) kitabxanasına təhvil verilmişdir. 2008–2009, 2009–2010 və 2010–2011-ci tədris illərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur[3].

AR Prezidenti Heydər ƏliyevİİR Prezidenti Əkbər Haşemi-Rəfsəncani görüşərkən. Ortada Cavanşir Vəkilov. Aşqabad, 27.10.1994

Cavanşir Vəkilovun Azərbaycan-İran münasibətləriAzərbaycan ədəbiyyatı haqqında 23 elmi işi, 49 məqalə və yazısı Bakı, Tehran, Təbriz, MoskvaDüşənbədə elmi məcmuə, qəzet və jurnallarda Azərbaycan, rus və fars dillərində nəşr olunmuşdur. Bundan başqa, akademik Cavad Heyətin redaktorluğu ilə Tehranda nəşr olunan "Varlıq", "Azəri" (red. Behzad Behzadi), "Xudafərin" (red. Hüseyn Şərqi), jurnallarında (hər üç jurnal Azərbaycan dilində, ərəb əlifbası ilə nəşr olunur), Təbrizdə türkfars dillərində dərc olunan "Fəcr-e Azərbaycan", "Məhd-e azadi" (red.Seyyid Məsud Peyman) qəzetlərində, "Körpü" jurnalında (Azərbaycan dilində, latın qrafikası ilə) Səməd VurğununVaqif Səmədoğlunun şerlərini, özünün məqalələrini, Aybəniz Vəkilovanın "Səməd Vurğun və İran" məqaləsini dərc etdirmiş, Səməd Vurğunun yaradıcılığını və xüsusilə də, şairin 90 illik və 100 illik yubileylərini İran mətbuatında işıqlandırmışdır. Cavanşir Vəkilov Səməd Vurğun irsinin naməlum qalmış səhifələrinin işıq üzünə çıxarılmasında əməyi olan tədqiqatçı alim idi. Atası Mehdixan Vəkilovun vəfatından sonra "Ömür dedikləri bir karvan yolu" povesti (1986), "Cavanşir" romanı (1992) və "Anadillər" povestini (1991) çapa hazırlayaraq, geniş oxucu kütləsinə təqdim etmiş, "Azərbaycanda mədəni inqilab: 1920–1940-cı illər" (2005) monoqrafiyasınının elmi redaktoru olaraq nəşr etdirmişdir. "Cavanşir" romanını 2004-cü ildə Təbrizdə "Əxtər" nəşriyyatında (sahibi Səməd Asyabi) və "Anadillər" povestini Tehranda Behzad Behzadinin redaktorluğu altında türk və fars dillərində nəşr olunan "Azəri" (El dili və ədəbiyyatı) jurnalında (bahar 2004, N3) Azərbaycan dilində ərəb əlifbası ilə dərc etdirmişdir.

Onun 1991-ci ildə Bakıda "Azərbaycan Respublikası və İran: 40-cı illər" adlı kitabı nəşr edilmişdir. Diplomatik fəaliyyətinə başladıqdan bir sıra beynəlxalq konfranslarda iştirak etmiş, tanınmış bir iranşünas kimi etiraf olunub. Məşhur ABŞ şərqşünas alimi Tadeuş Svyataxovski özünün "Rusiya və Azərbaycan keçid dövründə sərhəd" kitabında (Nyu-York, 1995) bir neçə dəfə Cavanşir Vəkilovun elmi əsərlərinə istinad etmişdir.

Tarixçi alim kimi "Arsak: tutarlı cavab", "Tarixi keçmişimizə bir nəzər" (Kürün sahilində var əski bir köy) kimi məqalələrin müəllifidir.

Cavanşir Vəkilov 1972–1975-ci illərdə Əfqanıstanda çalışarkən, SSRİ koloniyası komandasının tərkibində xarici ölkə komandaları arasında keçirilən futbol çempionatında üç dəfə Kabil çempionu olmuşdur. Həmin komandada Melburn olimpiadasının çempionu, Spartak Moskva klubunun məşhur keçmiş hücumçusu Serqey Salnikov, futbol üzrə SSRİ yığma komandasının ikinci məşqçisi olmuş, "Spartak" komandasının keçmiş müdafiəçisi Yuri Sedov, Moskva ÇSKA-sının keçmiş hücumçusu Vladimir Streşnıy, buz üstündə topla hokkey üzrə dünya çempionu Viktor Çigirinlə birlikdə oynamışdır. Həmin illərdə bu adı çəkilən məşhur idmançılar Əfqanıstanın müxtəlif futbol komandalarında məşqçilik edirdilər. 1995–1998-ci illərdə İranda çalışarkən isə xarici diplomatik nümayəndəliklər arasında Tehranda keçirilən futbol birinciliyində Cavanşir Vəkilov da iştirak etmiş və bu yarışda Azərbaycan Respublikasının komandası mükafata layiq 3-cü yeri tutmuşdur. Həmin illər Tehranda məşqçi işləyən Neftçi Bakı klubunun keçmiş müdafiəçisi Asəf Namazov da komandamızın tərkibində oynamışdır. 2003–2007-ci illərdə də MDB ölkələri Səfirlikləri komandalarının təmcil olunduqları mini-futbol yarışlarında 56 yaşında olarkən iştirak etmişdir. Hələ 1966-cı ildə şagirdlik zamanı SSRİ Futbol Federasiyasına oyunun bəzi qaydalarının dəyişdirilməsi haqqında oz təkliflərini vermiş, Federasiyanın məsul katibi Stoyanovun cavab məktubunu almışdır.

1967-ci ildə "Sportivnıye iqrı" jurnalının (Moskva) keçirdiyi futbol biliciləri viktorinasında qaliblər sırasında olmuşdur.

Azərbaycan, türk, rus, fars dillərini bilirdi.

Cavanşir Vəkilov 1981-ci ildə tanınmış bioloq, akademik Mirzə Ağa Əlizadənin qızı Elmira xanımla ailə həyatı qurmuşdur. Elmira Vəkilova Azərbaycan Milli Elmlər Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır, 41 elmi işin müəllifi (onlardan 15-i xaricdə dərc olunmuşdur), kənd təsərrüfatı elmləri namizədidir (1989).

İki qızı var: 1982-ci il təvəllüdlü Ruqiyyə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 1984-cü il təvəllüdlü Mərziyyə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Hər ikisi hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışır. Novruz, Tamerlan və Mehin adında 3 nəvəsi var.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yusif
ağa Vəkilov
 
Məhbub
xanım Vəkilova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ruqiyyə
Paşabəyova
 
 
 
Mehdixan
Vəkilov
 
 
 
 
Səməd
Vəkilov
 
 
 
Xavər
Vəkilova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Çiçək
Vəkilova
 
 
 
Cavanşir
Vəkilov
 
 
 
 
Yusif
Vəkilov
 
Vaqif
Vəkilov
 
Aybəniz
Vəkilova
 
 
 
 
  • Azərbaycan Respublikası və İran: 40-cı illər (mədəni əlaqələr). Bakı, "Elm" nəşriyyatı, 1991-ci il. 7,3 çap vərəqi.
  • Kitab haqqında rəylərə bax:
  • t.e.d. Tağı İbrahimov (Şahin). Azərbaycan Respublikası və İran: 40-cı illər (mədəni əlaqələr), "Elm" qəzeti, 20.2.1992.
  • Siracəddin Hacılı. Oxunmalı səhifələr, "Ədəbiyyat və incəsənət", 24.4.1993.
  • Dilşad Cabbarova. Azərbaycan və İran: 20-ci əsrin birinci yarısı (mədəni əlaqələr), "Respublika", 19.7.2003.

Həmçinin, 23 elmi işi və 49 məqalə və yazısı.

  • İsmayıl Umudlu. Vəkiloğulları. Bakı, QAPP-Poliqraf nəşriyyatı, 2003, səh 61–62 (ata tərəfdən nəslin şəcərəsi).
  • İsmayıl Umudlu. Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Bakı, Apostroff nəşriyyatı, 2011, səh 724–727.
  • Cavanşir Vəkilov, Nazim Hikmətlə iki görüş. "Aydınlıq", 31.1.1992.
  • Təbrizdə Baş Konsulluğumuz açıldı, "Ayna", 21.10.2004.
  • Təbriz ziyalıları konsulluğun açılmasını yaxşı qarşılayıblar-"Ayna", 29.10.2004.
  • Elmira Mirzağa qızı. Səməd Vurğunun adı İranda bu gün də ehtiramla anılır-"Ayna", 8.10.2004.
  • Elmira Mirzağa qızı. Səməd Vurğun və İran – "Körpü" jurn. (Azərbaycan dilində, latın qrafikası ilə), Təbriz, N 48, may, 2005, səh., 23.
  • Əli Eşqi. Təbrizdə konsulluğumuzun açılması tarixi hadisədir – "Respublika", 22.2.2005.
  • İsmayıl Umudlu. Təbrizdən Bakıya təyyarə gəldi. "Ayna", 29.3.2005.
  • İsmayıl Umudlu. Cavanşir Vəkilov keçib gəldiyi yola uğurla baxır. "Dəli Kür", 30.01.2011.
  • İsmayıl Umudlu. Tarixçi alim – diplomat. "Respublika", 01.02.2011.
  • İsmayıl Umudlu. Tarixi hadisələri şəxsi taleyində yaşamaq… "Ayna", 05.02.2011[ölü keçid] və s.
  • Ülkər Hüseynova. Üç nəsil-zəmanələrlə üz-üzə. Bakı, 2013, səh. 108–126 (ana tərəfdən nəslin şəcərəsi)
  1. "Şərqşünas alim və diplomat Cavanşir Vəkilov vəfat etdi". 2013-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
  2. "Məhd-e azadi", 25.10.2004; "Körpü" jurn. (Azərbaycan dilində, latın qrafikası ilə), Təbriz, N 46, qış, 2005, səh., 6.
  3. DİA rektorunun 30.04.2009-cu il tarixli, 10/60 N-li, 21.4.2010-cu il tarixli, 10/52 N-li əmrindən çıxarış.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]