Bakıda Amerika Universiteti[2] (ing. American University in Baku) və ya qısaca BAU — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət göstərmiş, özündə təhsilin amerikan modelini təcəssüm etdirən ingilisdilli[3] keçmiş qeyri-dövlət ali təhsil müəssisəsi[2] və və elmi-texniki tədqiqatlar mərkəzi[3].
Bakıda Amerika Universiteti | |
---|---|
Əsası qoyulub | 17 yanvar 1995 — 19 avqust 2000 |
Tip | qeyri-dövlət |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə.[1] |
Universitet Azərbaycan Respublikasının dünya standartlarının tələblərinə uyğun ingilis dilli yüksək ixtisaslı mütəxəssislərə kəskin ehtiyacını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1995-ci il tarixli, 008 nömrəli Qərarı ilə yaradılmışdır.[2] Həmin Qərara görə ABŞ ali məktəblərinin professor-müəllim heyəti cəlb edilməklə Universitetdə tədrisin ingilis dilində aparılması məqsədəuyğun hesab edilmişdir.[2] Bundan başqa həmin Qərara əsasən aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulmuşdur:
19 avqust 2000-ci ildə fəaliyyəti dayandırılmışdır.[4]
Universitetin tələbələri amerikan nümunəsi üzrə inşa edilmiş tələbə şəhərciyində — Kampusda yüksək səviyyəli ali təhsil almaq imkanına malik olmuşlar.[3] Bu Kampus Amerika və Avropa universitetlərinin oxşar tələbə şəhərciklərinin yaxşı ənənələrini özündə birləşdirir.[3]
Universitetin Treninq Mərkəzi 1998-ci ilin payızında — BAU-nun yerləşdiyi şəhərciyə (Kampusa) köçməsindən sonra fəaliyyətə başlamışdır.[3] Mərkəzin fəaliyyətinin məqsədi universitet əməkdaşlarının potensialından və texniki imkanlarından istifadə etməklə Azərbaycan vətəndaşlarına müxtəlif sahələrdə biliklərini artırmaq və təkmilləşdirməkdə xidmətlər göstərməkdən ibarət olmuşdur.[3]
Treninq Mərkəzində aşağıdakı axşam dərsləri keçirilmişdir:[3]
1998-ci il sentyabrın 1-dən Bakıda Amerika Universitetinin nəzdində xüsusi məktəb fəaliyyətə başlamışdır.[3] Bu məktəb (I–XI siniflər) gəlirsiz özəl təhsil müəssisəsi idi. Məktəbin işi Texas Beynəlxalq Təhsil Konsorsiumu tərəfindən əlaqələndirilirdi.[3]
Məktəbin 3 bölməsi vardır:[3]
Azərbaycan və rus bölmələrində şagirdlərə ümumtəhsil proqramlarından başqa həftədə 10 saat intensiv ingilis dili, həftədə 5 saat geniş kompüter təhsili, həmçinin dolğun məzmunlu estetik təhsil proqramları tədris edilmişdir.[3]
Uşaqların Erkən İnkişaf Mərkəzinin proqramı müxtəlif inkişaf səviyyəli uşaqlar üçün işlənib hazırlanmışdır:[3]
Mərkəzin tədris planı yalnız uşağın məhdud vərdişləri yerinə yetirməsi məşqinə yox, həm də onun intellektinin və şəxsi düşüncəsinin inkişafına istiqamətləndirilmişdir.[3]
Xüsusi mübadilə proqramı universitet tələbələrinə öz təhsillərini ABŞ-nin hər hansı bir ali məktəbində davam etdirmək imkanı vermişdir.[3] BAU 32 Amerika universitetini özündə birləşdirən Texas Beynəlxalq Təhsil Konsorsiumu ilə müqavilə səviyyəsində əməkdaşlıq etmişdir. Yəni Universitetin bütün təhsil proqramları xüsusi olaraq Konsorsium tərəfindən hazırlanmış və BAU-nun akademik bölməsinə bütünlüklə Konsorsium nəzarət etmişdir. Həmin proqramlar üzrə dərs deyən yüksəkixtisaslı pedaqoji-müəllim heyəti birbaşa ABŞ-dən Konsorsium tərəfindən göndərilmişdir.[3]