Bako Sahaki Sahakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir.[1] İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb.[2] 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi.
Bako Saakyan | |
---|---|
erm. Բակո Սահակի Սահակյան | |
7 sentyabr 2007 – 21 may 2020 | |
Əvvəlki | Arkadi Qukasyan |
Sonrakı | Arayik Harutyunyan |
1999 – 2001 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 avqust 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Həyat yoldaşı | Anahit Saakyan |
Dini | Erməni Həvari kilsəsi |
Hərbi xidmət | |
Qoşun növü | Sovet Ordusu, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu |
Rütbəsi | general |
|
|
Təltifləri | |
president.nkr.am/ru/home/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu.[3] 1999-cu ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Daxili İşlər naziri seçilib. 2001-ci ildən 2007-ci ilin iyununa qədər Dağlıq Qarabağın təhlükəsizliyinə rəhbərlik etmiş,[2][4][5] 2007-ci ildə Dağlıq Qarabağda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün istefa vermişdi. 2023-cü il oktyabr ayının 3-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir.[6]