Baktria-Margiyana Arxeoloji Kompleksi

Baktriya-Margiyana Arxeoloji Kompleksi (və ya BMAC, həmçinin Oksus sivilizasiyası kimi də tanınır) — indiki Türkmənistan, Əfqanıstanın şimalı, Özbəkistanın cənubu, qərbi Tacikistan Seyhun (Oksus) çayının yuxarı axarlarını əhatə edən, eramızdan əvvəl 2200-1700-cü illər arasında mövcud olmuş Mərkəzi Asiyanın Tunc dövrü mədəniyyəti üçün müəyyənləşdirilmiş müasir arxeoloji təyinatdır. Yaşayış məntəqələrinin kəşfi və adlandırılması sovet arxeoloqu Viktor Sarianidi (1976) tərəfindən həyata keçirilmişdir. Baktriya indiki Əfqanıstan ərazisindəki Baktra adlanan regionun yunanca, Margiyana isə bu gün Türkmənistanın Mərv şəhərinin paytaxtı olduğu Fars satraplığı Marqunun yunanca adı idi.