Baktriya qızılı

«Əjdahalı çarlar». 2-ci türbədən tapılıb
Qoyun fiquru

Baktriya qızılıƏfqanıstanın Tillya-Təpə şəhəri yaxınlığında 1978-ci ildə tapılmış qızıl əşyalar. Qızıl əşyalar e.ə. I əsrdə dəfn edilmiş kuşan çarlarının qəbrlərində tapılıb.

Qazıntını sovet-əfqan arxeloji ekspedisiya həyata keçirmiş. Qazıntılara Sarianidi Viktor İvanoviç rəhbərlik edirdi. Hər qazılmış türbədən üç minə yaxın qızıl əşya aşkar edilmişdir. Ümumən 20 min qızıl əşya- bəzək və qızıl silahlar tapılıb.

Dəfn olunmuşları aşkar etdikdən sonra arxeloqlar “Qızıl təpədə” qazıntıları davam etdirməyi planlaşdırırdılar. Ancaq 1979-cu ildə başlanılan Əfqanıstan müharibəsi (1979-1989) qazıntıların davam edilməsinə mane oldu. Tapılmış qızıl əşyalar Kabil muzeyində yerlışdirildi.

1989-cu ildə ölkədə olan mürəkkəb vəziyyətlə əlaqədar prezident Məhəmməd Nəcibullanın qərarı ilə qızıl əşyalar Da Əfqanıstan bankında yerləşdirilmişdir.

1992-ci ildə Nəcibulla devrildikdən sonra əşyaların saxlanıldığı yerin açarları beş adama məxsus idi. Hansı ki, bunlardan biri də Milli muzeyin direktoru Omar Xan Massudi idi. Saxlancın açılması üçün beş açarın eyni zamanda istifadə edilməsi lazım idi. Danışığa görə bu beş nəfərdən kimsə öldüyü halda açar onun böyük oğluna verilirdi. 1996-cı ildə Taliban bu yer haqqında məlumat əldə etməyə çalışmış və bir çox hədə qorxulara baxmayaraq buna nail ola bilməmişdir[1].

2003-cü ilidə Baktriya qızılının saxlanılma yeri rəsmən elan edildi. 2004-cü ildə saxlanc Sarianidi Viktor İvanoviçin iştirakı ilə açılmış və onun orjinallığı təsdiqlənmişdir[1].

2006-cı ilin dekabrından 2007-ci ilin aprelinə qədər kolleksiya Parisdə «Əfqanıstan, yenidən tapılmı » adı altında nümayiş olunmuşdur. Sonra bu sərvət İtaliya, Hollandiya, ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə, Norveç, Avstraliya kimi ölkələrdə nümayiş etdirilmiş. Ümumilikdə bu sərgilərdən əfqanıstanın büdcəsinə 3 milyon dollar gəlir gətirdi.[2]. Əfqanıstanda isə bu sərgi təhlükəsizliklə bağlı heç vaxt nümayiş olunmayıb [3].

  1. 1 2 Lawson, Alastair. "Afghan gold: How the country's heritage was saved". BBC (ingilis). 1 March 2011. 2016-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  2. "Афганская выставка «Золото Бактрии» откроется в Мельбурне". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  3. «Afghan golden treasure on display» Arxivləşdirilib 2015-08-24 at the Wayback Machine, from BBC News South Asia, December 6, 2006