1989-cu il siyasət tarixində dönüş nöqtəsi hesab olunur; belə ki, Polşa və Macarıstanda başlayan, noyabrda Berlin divarının açılması və Çexoslovakiyada Məxməri inqilabla zirvəyə çatan, dekabrda Rumıniyada kommunist diktaturasının devrilməsini də əhatə edən və 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılması ilə başa çatan inqilablar dalğası güc bölgüsü təcrübəsi ilə Avropadakı Şərq blokunu "silib-süpürdü". Qeyd edilən hadisələr tarixdə 1989-cu il inqilabları adı ilə tanınır. Kommunist hökumətlərə qarşı yönəlmiş inqilabların Şərqi Avropada əsas etibarilə uğurla nəticələndiyi həmin dövrdə kommunist Çinində etirazlar yatırılırdı. Belə etirazlardan ən məşhuru PekindəkiTyananmen meydanı etirazları idi.
Bu, həmin il idi ki, iyirmi ildən çox Braziliyanı idarə edən hərbi diktatura rejiminin 1985-ci ildə başa çatması ilə 29 ildən sonra ilk dəfə Braziliyada prezident seçkiləri keçirilirdi; bu da demokratiyanın yenidən qurulması prosesinin son nöqtəsi oldu.
4 yanvar — Sidra körfəzi insidenti: Liviyaya məxsus iki MiQ-23 hədəf alınır və ABŞ Hərbi Donanmasının iki Grumman F-14 Tomcat təyyarəsi tərəfindən vurulur.
8 yanvar — Keqvort hava qəzası: BMİ hava yollarının Boeing 737 təyyarəsi Şərqi Midlends Hava Limanına yaxınlaşarkən qəzaya uğrayır və nəticədə 47 nəfər həyatını itirir.
10 yanvar — BMT Təhlükəsizlik Şurasının 626 saylı qətnaməsi və Nyu-York Sazişinə əsasən, Kuba qoşunları Anqoladan geri çəkilməyə başlayır.
Vyanada görüşən 35 Avropa dövləti insan hüquqlarını möhkəmləndirmək və Şərq-Qərb ticarətini inkişaf etdirmək barədə razılığa gəlirlər.
"Palax həftəsi": Praqada demokratiya tərəfdarı olan nümayiş polisin hücumuna məruz qalır.[5]
17 yanvar — Klivlend orta məktəbinə silahlı hücum: Patrik Edvard Pördi beş uşağı qətlə yetirir, otuz nəfəri yaralayır və daha sonra Stoktonda özünü güllələyir.
23–24 yanvar — Silahlanmış mülki solçular qısa müddət ərzində Buenos-Ayres yaxınlığında Argentina ordusunun bazasına hücum edir və ələ keçirirlər.
24 yanvar — Floridada gənc qadınların qatili Ted Bandi elektrik stulunda edam olunur.
30 yanvar — Kanadanın baş naziriBrayan Malruni altı yeni nazir təyin etməklə və digər on doqquz nazirin səlahiyyətlərini yenidən müəyyənləşdirməklə kabinetin tərkibini dəyişir.
5 fevral — Avropada bir neçə dildə fəaliyyət göstərən idman yayım stansiyası Eurosport, Fransanın İl-de-Frans vilayətindəki İssi-le-Mulino kommunasından yayımlanmağa başlayır.
Kanadanın Baş naziri Brayan Malruni ilə Ottavada görüşən ABŞ Prezidenti Buş 1991-ci il "Turşu Yağışı" Müqaviləsinin təməlini qoyur.
14 fevral
"Union Carbide" şirkəti 1984-cü ildə 3700-dən çox şəxsin ölümü ilə nəticələnən Bhopal fəlakəti zamanı dəymiş zərərə görə Hindistan hökumətinə 470,000,000 dollar ödəməyə razılaşır.
16 fevral — Lokkerbi faciəsi: Təhqiqatçılar 1988-ci ildə baş vermiş bu qəzaya radio-kaset pleyerin içərisində gizlədilmiş bombanın səbəb olduğunu açıqlayırlar.
United Airlines Flight 811-ə məxsus Boeing 747 təyyarəsi Honolulu Beynəlxalq Hava Limanından ayrıldıqdan sonra nəzarətsiz dekompressiyaya məruz qalır; nəticədə doqquz sərnişin həlak olur.
24 mart — Alyaska ştatının cənubunda yerləşən Şahzadə Vilhelm boğazında "Exxon Valdez" şirkətinə məxsus neft tankerinin qəzaya uğraması nəticəsində ərazi 240,000 barel (38,000 m3) neftlə çirklənir.
26 mart — 1989-cu il SSRİ Konqres seçkiləri: Sovet parlamenti olan SSRİ Xalq Deputatları Konqresinə ilk (və son) çəkişməli seçkilər keçirilir. Yeni Konqresin ilk iclası mayın sonunda baş tutur. Bu seçkilərin nəticəsində Boris YeltsinSSRİ Ali Sovetinin üzvü olur.
4 aprel — Haiti prezidenti Prosper Avrilə qarşı uğursuz çevriliş cəhdi, hökumətin ölkəyə nəzarəti bərpa etməsi ilə birlikdə üsyançı birliklər və hökumət arasında 10 aprel tarixində bitən qarşıdurmaya səbəb olur.
7 aprel — SSRİ Hərbi Dəniz Donanmasına məxsus Komsomolets sualtı gəmisi Barens dənizində batır: 41 nəfər həlak olur.
9 aprel
Qanlı bazar günü: Sovet OrdusuTbilisinin mərkəzi meydanında dinc yürüş keçirən Gürcüstan nümayişçilərinə divan tutur; 20 nəfər qətlə yetirilir, əksəriyyət yaralanır. Bu hadisə ölkədə növbəti etirazlara səbəb olur.
Otlaq sahələrindən istifadə hüququ ilə bağlı mübahisə Mavritaniya-Seneqal Sərhəd müharibəsinin başlamasına gətirib çıxarır.
17 aprel — Polşada Solidarnostun fəaliyyəti yenidən rəsmiləşdirilir və 4 iyun seçkilərində iştirakına icazə verilir.
20 aprel — NATO-da qısa mənzilli raketlərin müasirləşdirilməsi ilə bağlı mübahisə: ABŞ və Birləşmiş Krallıq tərəfdar olsalar da, Qərbi Almaniya kansleri Helmut Kol qərarın təxirə salınmasına nail olur.
Bank sistemini rəqəmsallaşdıran SSRİ özünün ilk Visa kartını buraxır.[10]
1 may — Fevral ayında baş verən hərbi çevriliş zamanı hakimiyyəti ələ keçirən və özünü Paraqvay prezidenti elan edən Andres Rodriges saxtakarlıqla seçkilərdə əzici qələbə qazanır.
2 may — Dəmir pərdədə ilk çat: Macarıstan Avstriya ilə sərhəd boyunca 240 kilometr (150 mil) tikanlı məftili sökür.
4 may — Oliver Nortİran-Kontras qalmaqalı ilə əlaqədar ittiham olunaraq ABŞ-də məhkum edilir. Toxunulmazlıq məsələsinin qaldırılması ilə edilən apelyasiya şikayəti nəticəsində 1991-ci ildə ona qarşı qaldırılan ittiham rədd olunur.
10 may — Panama prezidenti Manuel Noryeqanın hökuməti Noryeqanın Gilermo Endaraya məğlub olduğu 7 may prezident seçkilərinin nəticələrinin etibarsız olduğunu elan edir.
11 may
ABŞ prezidenti Buş Panamadakı amerikanları qorumaq məqsədilə 1900 nəfərlik ABŞ qoşununu Panamaya göndərir.
Kosta-Rikada ən sonuncu qızıl qurbağa görülür. Bu növ qurbağa sonradan nəsli kəsilmiş kimi təsnif edilir.
16 may — Efiopiyanın yüksək rütbəli hərbi zabitləri prezident Mengistu Hayle MariamınŞərqi Almaniyaya səfərə getməsindən bir neçə saat sonra dövlət çevrilişinə cəhd göstərirlər.
17 may — Tyananmen meydanı etirazları: 1 milyondan çox Çinli etirazçı daha böyük demokratiya tələbi ilə Pekində yürüş edərək daha bir təzyiqə səbəb olurlar.
19 may
Urumçi iğtişaşı: Uyğur və huey müsəlman etirazçıları Çinin Urumçi şəhərində hökumət binası qarşısında qiyam qaldırır.
NATO Avropada qısa mənzilli nüvə silahlarının sayının azaldılmasına dair SSRİ ilə danışıqlar aparmağa razılaşır.
Medellin Kartelinin üzvləri tərəfindən KolumbiyanınBoqota şəhərində Kolumbiya Təhlükəsizlik Xidmətinin rəhbəri Migel Maza Markesə sui-qəsd cəhdi həyata keçirilir. Nəticədə dörd nəfər qətlə yetirilir və 37 nəfər yaralanır.
Tyananmen meydanı etirazları: Pekində ordunun meydana yaxınlaşması ilə qarşıdurma baş verir və meydandakı son qarşıdurma televiziya ilə canlı olaraq işıqlandırılır.
5 iyun — Tyananmen meydanı etirazları: "Tank Adam" adı ilə bilinən naməlum Çinli etirazçı Pekindəki Çanqan prospektində hərbi tank sırasının qarşısında duraraq onları müvəqqəti dayandırır. Qərb fotoqraflarının çəkdikləri şəkillərlə bu hadisə beynəlxalq səviyyədə ikonik status qazanır.
24 iyun — Tsyan Tsemin Çin Kommunist Partiyasının Baş Katibi olur.
30 iyun — Sudanda dövlət çevrilişi: Ömər əl-Bəşirin rəhbərlik etdiyi qruplar hərbi çevriliş edərək Sudan Baş naziri Sadiq əl-Mahdinin hökumətini devirir.
9–12 iyul — ABŞ prezidenti Corc H. V. BuşPolşa və Macarıstana səfər edərək iqtisadi yardım və sərmayə yatırmaq üçün cəhdlər edir.
10 iyul — Təxminən 300,000 Sibir kömür mədənçisi daha yaxşı yaşayış şəraiti və daha az bürokratiya tələbi ilə tətilə çıxır; bu, 1920-ci illərdən bəri baş verən ən böyük Sovet işçi tətili idi.
Cənubi KoreyanınSeul şəhərində yerləşən, dünyanın ən böyük əyləncə parkını özündə ehtiva edən Lotte World ictimaiyyətə açıq elan edilir.[14]
14 iyul — Fransa Böyük Fransa inqilabının 200-cü ildönümünü Parisin Şanzelize prospektində fransız dizayner Jan Pol Qudun bədii rəhbəri olduğu monumental bir nümayişlə qeyd edir. Dünya liderlərinin də dəvət olunduğu tədbirdə prezident Fransua Mitteran ev sahibi kimi çıxış edir.[15]
14–16 iyul — 15-ci G7 sammitində liderlər qaz istehsalını məhdudlaşdırmağa çağırırlar.
Təxminən əlli ildən sonra Müqəddəs Taxt-Tac və Polşa diplomatik əlaqələri bərpa edir.
19 iyul — Polşa prezident seçkiləri: Polşa Respublikasının Milli Məclisi bərpa edilmiş və güclü Polşa prezidenti vəzifəsinə general Voyçex Yaruzelskini seçir.
20 iyul — Myanmanın müxalif lideri Aun San Su Çji ev dustaqlığına məhkum edilir. O, 2010-cu ildə azadlığa buraxılır.
23 iyul
Yaponiya Müşavirlər Palatasına seçkilər: Yaponiyada iqtidarda olan Liberal Demokratik Partiya (LDP) 34 ildə ən pis seçki dövrü keçirərək Yaponiya parlamentinin Müşavirlər Palatasına nəzarəti itirir. Bu hadisə baş nazir Unonun seçkinin nəticələrinə görə məsuliyyəti öz üzərinə götürərək istefa edəcəyini açıqlamasına gətirib çıxarır.
5 avqust — Xayme Pas Samora Boliviya prezidenti seçilir və növbəti gün səlahiyyətlərinin icrasına başlayır.
7 avqust — Beş Mərkəzi Amerika ölkəsinin prezidenti Nikaraqua hökumətinə qarşı vuruşan, ABŞ-nin da dəstəklədiyi kontrasın dağıdılması və dekabrın 5-dək Hondurasdakı bazalarından çıxarılması barədə razılığa gəlirlər.
Polşa prezidenti Voyçex Yaruzelski Solidarnostun fəallarından Tadeuş Mazovetskinibaş nazir vəzifəsinə namizəd göstərir; bununla da 42 ildə ilk dəfə qeyri-kommunist bu vəzifəni icra etməyə başlayır.
Avstriya-Macarıstan sərhədində sülh nümayişi olan Pan-Avropa pikniki keçirilir.
19–21 avqust — Hakim, əyalət polis rəisi və prezidentliyə namizəd Qalanın öldürülməsinə cavab olaraq Kolumbiyanın səlahiyyətli orqanları Kolumbiyada narkotik ticarəti ilə məşğul olan 11 000 şübhəli şəxsi həbs edirlər.
21 avqust — Praqa baharının 21-ci ildönümü şəhərdə keçirilən nümayişlə yad edilir.[5]
10 sentyabr — Macarıstan hökuməti ölkənin (Avstriya ilə) qərb sərhədini Şərqi Almaniya qaçqınlarına açır.
10–11 sentyabr — İqtidarda olan Norveç Fəhlə Partiyası 1945-ci ildən bəri ən pis nəticəsini göstərərək parlament seçkilərində səkkiz yer itirir.
14 sentyabr — Leninqradda sədrlər Lev Kojkolaynen və Siqbyorn Eriksen Leninqrad vilayəti (SSRİ) və Nurlann vilayəti (Norveç) arasında bağlanan əməkdaşlıq sazişinə imza atırlar.
17–22 sentyabr — Hüqo qasırğası Karib hövzəsini və ABŞ-nin cənub-şərqini dağıdaraq ən az 71 insanın ölümünə və 8,000,000,000 dollar ziyan vurulmasına səbəb olur.
19 sentyabr — Roma-Katolik kilsəsi keçmiş Auşvitz həbs düşərgəsinin yaxınlığında yerləşən və bəzi yəhudi liderləri təhqir edən Karmelit monastırının aradan qaldırılmasını tələb edir.
20 sentyabr — Frederik Villem de Klerk Cənubi Afrikanın yeddinci və sonuncu dövlət başçısı olaraq and içir. O, tezliklə Cənubi Afrikanın nüvə silahı proqramını dayandırmaq qərarına gəlir.[17][18]
Livan vətəndaş müharibəsində atəşkəsin əldə edilməsi mart ayından etibarən 900 nəfərin ölümü ilə müşayiət olunan zorakılıq aktlarının dayanmasına səbəb olur.
ADR-də kommunist rejiminə qarşı ilk kütləvi nümayiş Şərqi Almaniyanın Plauen şəhərində başlayır. Bu, sonralar bütün ADR-i əhatə edən, 1990-cı ildə Almaniyanın yenidən birləşməsi ilə nəticələnən kütləvi nümayişlərin başlanğıcı hesab olunur.
9 oktyabr
SSRİ-nin rəsmi xəbər agentliyi Voronej şəhərində UFO görülməsi barədə xəbər yayımlayır.
Şərqi AlmaniyanınLeypsiq şəhərində etirazçılar müxalif qrupların qanuniləşdirilməsini və demokratik islahatların aparılmasını tələb edirlər.
15 oktyabr — Cənubi Afrikada Volter Sisulu azadlığa buraxılır.[5]
17 oktyabr — 6,9 bal gücündəki Loma Priyeta zəlzələsiSan-Fransisko körfəz sahəsində və Mərkəzi Sahildə (Kaliforniya) dağıntılara yol açır. Nəticədə altmış üç nəfər həlak olur və beyzbol üzrə 1989-cu il Dünya Seriyası on gün təxirə salınır.
18 oktyabr
Şərqi Almaniyanın kommunist lideri Erix Honekker səhhətində olan bəzi problemlərdən sonra ölkə başçısı vəzifəsindən getməyə məcbur olur və onu bu vəzifədə Eqon Krens əvəz edir.
Soyuq müharibə və Berlin divarının sökülməsi: Günter Şabovski təsadüfən canlı yayımda mətbuat konfransında Şərqi Almaniyadan Qərbi Almaniyaya səyahət üçün yeni qaydaların "dərhal" qüvvəyə minəcəyini bildirir. Həmin axşam Şərqi Almaniya Berlin divarında öz vətəndaşlarının onilliklər ərzində ilk dəfə olaraq Qərbi Almaniyaya sərbəst səyahət etmələrinə imkan verən keçid məntəqələri açır. İlk həftədə Şərqi Almaniya əhalisinin təxminən 25%-nə səyahət vizaları verilir (Almanlar 17 noyabr tarixini divarın sökülməsi kimi qeyd edirlər).
16 noyabr — Estée Lauderin Moskvada satış nöqtəsi açılır. Bununla da SSRİ-də ilk dəfə ABŞ kosmetika mağazası fəaliyyətə başlayır.[21]
17 noyabr — Soyuq müharibə: Məxməri inqilab — ÇexoslovakiyanınPraqa şəhərində keçirilən dinc tələbə nümayişi çevik polis qüvvələri tərəfindən ağır şəkildə yatırılır. Bu hadisə kommunist hökumətini devirmək məqsədi daşıyan inqilaba səbəb olur: həmin inqilab isə 29 dekabrda uğur qazanır.
22 noyabr — Qərbi BeyrutdaLivan Prezidenti Rene Moavadın motosiklet kortecinin yaxınlığında partlayan bomba onun ölümünə səbəb olur.
24 noyabr — Sərbəst seçkilər və digər islahatlar tələb edən və bir həftə davam edən nümayişlərdən sonra Baş katib Miloş Yakeş və Çexoslovakiya Kommunist Partiyasının digər liderləri istefa verir. Yakeşi vəzifədə Karel Urbanek əvəz edir.
Çexoslovakiya Kommunist Partiyası siyasi hakimiyyətdəki monopoliyadan imtina edəcəklərini elan edir (dekabr ayında keçirilən seçkilər nəticəsində qırx ildən sonra Çexoslovakiyada ilk qeyri-kommunist hökumət hakimiyyətə gəlir).
29 noyabr — Hindistan Milli Konqresi partiyası 1989-cu il parlament seçkilərində yerlərin təxminən yarısını itirdikdən sonra Raciv Qandi Hindistanın Baş naziri vəzifəsindən istefa edir.
30 noyabr — Deutsche Bank İdarə Heyətinin üzvü Alfred Herrhauzen Bad Homburqda bomba partlayışı nəticəsində öldürülür (Qırmızı Ordu Fraksiyası cinayətə görə məsuliyyəti öz üzərinə götürür).
Soyuq müharibə: Malta sammiti — Malta sahillərində 2 günlük görüşə yekun vuran ABŞ Prezidenti Corc H. V. Buş və Sovet lideri Mixail Qorbaçov dövlətləri arasında Soyuq müharibənin sona yaxınlaşa biləcəyini ifadə edən açıqlamalar verirlər. Qorbaçov 1968-ci ildə Varşava Paktının Çexoslovakiyaya hücumunu tənqid edir.
4 dekabr — İordaniyanın Baş naziri Zayd ibn Şakiri vəzifədə Mudar Badran əvəz edir.
6 dekabr — Eqon Krens Almaniya Demokratik Respublikası Dövlət Şurasının sədri vəzifəsindən istefa edir və bu vəzifəni tutan ilk qeyri-kommunist Manfred Gerlax ilə əvəzlənir.
Tsaxia Elbeqdorj ikinci ən qədim kommunist ölkəni dinc yolla demokratik dövlətə çevirən Monqolustan demokratik hərəkatının qurulduğunu elan edir.
11 dekabr — Altı ölkəni təmsil edən altı tədqiqatçıdan ibarət Beynəlxalq Trans-Antarktida Ekspedisiyası Cənub qütbünə çatır.
14 dekabr — On altı ildən sonra özünün ilk müstəqil seçkilərini keçirən ÇiliPatrisio Eylvini prezident seçir. Bununla da ilk dəfə olaraq, Kuba istisna olmaqla, bütün İbero-Amerika ölkələri eyni vaxtda konstitusiyalı hökumətlərini seçirlər.
Timişoarada davam edən Rumıniya inqilabı zamanı qiyamçılar Rumıniya Kommunist Partiyası Rayon Komitəsinin yerləşdiyi binaya daxil olaraq böyük ziyan vururlar. Ordu çağırılsa da, vəziyyətə tam nəzarət edə bilmir.
Braziliyada 29 ildən sonra keçirilən ilk müstəqil seçkilərin ikinci mərhələsi baş tutur: Fernandu Kolor di Melu prezident seçilir və 1990-cı ildən səlahiyyətlərinin icrasına başlayır.
Fox-da Simpsonlar cizgi serialının ilk bölümü yayımlanır.
19 dekabr
Rumıniya inqilabı: bir sıra şəhərlərdə işçilər kommunist rejiminə etiraz əlaməti olaraq tətil edirlər.
Qərbi Avstraliyada yetkinlik yaşına çatan şəxslər arasında onların razılığı ilə baş tutan homoseksual hərəkətlər sodomiyanın dekriminallaşdırılmasını nəzərdə tutan yeni islahatçı qanunla dekriminallaşdırılır.
21 dekabr — Nikolae Çauşesku Rumıniya Kommunist Partiyasının Buxarestdəki qərargahının həyətində toplaşan 110 minə yaxın adama müraciət edir. Görünməmiş bir şəkildə kütlənin əksəriyyəti ona qarşı çıxır.[22]
22 dekabr
Bir həftə davam edən qanlı nümayişlərdən sonra, İon İliesku Rumıniya Prezidenti vəzifəsini icra etməyə başlayır və saray üsyançılar tərəfindən ələ keçirildikdən sonra sarayı vertolyotla tərk edən Nikolae Çauşeskununkommunistdiktaturasına son qoyulur. Ordunun böyük hissəsi Buxarestdəki üsyançılara qoşulur.