Balıq göl

Balıq Gölü Şərqi Anadolu regionunda, Aras Dağlarında yerləşən Türkiyənin ən yüksək göllərindən biridir. Ağrı ilində yerləşən və sahəsi 30 km² olan bu göl vulkan mənşəli göllərə aid edilir.[1] Dəniz səviyyəsindən yüksəkliyi 2241 m, ən derin yeri isə 37 m-dir.

Balıq göl
türk. Balık Gölü
Balıq gölünün xəritəsi
Balıq gölünün xəritəsi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2241 m
Sahəsi 30 km²
Dərin yeri 37 m
Yerləşməsi
39°46′26″ şm. e. 43°34′02″ ş. u.HGYO
Ölkə  Türkiyə
Əyalət
Balıq göl xəritədə
Balıq göl
Balıq göl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göl yaxınlığındakı kəndlərin əsas su mənbəyidir. Qidalanması qarışıq olub, əsas qidalanma mənbələrinə dağ qarlıq əraziləri, çaylar və yeraltı sular daxildir. Gölün ətrafında qartal, dovşan, şahin, kəklik, tülkü, canavar, bildirçin kimi heyvanlar yaşayır. Ağrı ilindən 60 km, Daşlıçay ilçəsindən isə 26 km uzaqlıqdadır.[2]

Bu ərazilər üçün sərt iqlim xarakterikdir. Qış uzun, yaz və yay isə qısa müddət davam edir. Burada 5 ay balıqçılıq buzlar qırılaraq həyata keçirilir. Xallı alabalıq müalicə məqsədi üçün də istehlak edilir.[3]

  1. Reşat İzbırak, 1996, Türkiye I-II, MEB Yayınları, Öğretmen Kitapları Dizisi: 196, Cilt I, İstanbul, S.123.
  2. https://web.archive.org - Ağrı Balık Gölü. ormansu.gov.tr. İstifadə tarixi: 02.12.2023
  3. https://web.archive.org - Balık Gölü – AĞRI. turkiyesulakalanlari.com. İstifadə tarixi:02.12.2023