Daşlıçay ilçəsi — Ağrı ilinin ilçəsi.
Daşlıçay ilçəsi | |
---|---|
39°38′00″ şm. e. 43°22′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Daşlıçay ilçəsi həmçinin Daşlıçay şəhər bələdiyyəsi 6324–6325 saylı qanun əsasında 1954-cü ildə yaradılmışdır.[1]
Ərazisindən Murad çayı keçən il şərqdən Ağrı ilinin Diyadin və Doğubəyazid ilçələri, şimaldan İğdır ilinin Duzluca ilçəsi, qərbdən Ağrı ilinin Ağrı ilçəsi və Hamur ilçəsi, cənubdan isə Van ilinin Ərciş ilçəsi ilə həmsərhəddir. İlçənin sahəsi 798[1][2] km²-dir. İlçənin ən hündür nöqtəsi Aladağın zirvəsi olan Muradbaşı (və ya Qoçbaşı) zirvəsidir (hündürlüyü 3510 metr). İlçə mərkəzi olan Daşlıçay şəhəri ilin mərkəzi olan Ağrı şəhərindən 32 km məsafədə yerləşir.[1]
İlçədə əhali əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olur. Ərazisinin çox hissəsi dağlıq olan ilçədə əkinə yararlı sahələr azdır.
TUİK-in 2011-ci ilə verdiyi rəsmi təxminə əsasən Daşlıçay əhalisi 22 641[3] nəfərdir (11,543[3] nəfər kişi, 11,098[3] nəfər qadın). Bütün ilçə əhalisinin 6 191[3] nəfəri (3,132[3] nəfəri kişi, 3 059[3] nəfəri qadın) Daşlıçay şəhərində, qalan 16 450[3] nəfər (8,411[3] nəfər kişi, 8 039[3] nəfər qadın) əhali isə 36 kənddə yaşamaqdadır. Daşlıçay ilçəsində yalnız bir bələdiyyə mövcuddur: Daşlıçay şəhər bələdiyyəsi (Daşlıçay şəhərini əhatə edir).
Etiqad baxımından tamamilə müsəlman olan ilçə əhalisini əsasən kürdlər, qismən türklər (azərbaycanlılar) təşkil edirlər. Kürdlər şafi məzhəbindədirlər. İlçədəki azərbaycanlılar şiə-cəfəri və sünni-hənəfi təriqətləri olmaqla iki yerə ayrılır. İlçədə əsasən kəndlərdə yaşayan azərbaycanlıların subetnik qrupu olan qarapapaqlara aid türklər hənəfi məzhəbindədirlər. Şiə-cəfəri azərbaycanlıların əksəriyyəti isə Daşlıçay şəhərində yaşamaqdadır.
No: | Kəndlərin adı[3] | 2011[3] r.t., əhali | Milli çoxluq | Milli azlıq |
---|---|---|---|---|
1. | Alaqoçlu | 846 | 100% kürd | ... |
2. | Araz | 203 | 100% kürd | ... |
3. | Aşağıdumanlı | 1,229 | 100% kürd | ... |
3. | Aşağıdüzmeydan | 482 | 100% kürd | ... |
4. | Aşağıəsən | 451 | 100% kürd | ... |
5. | Aşağıtoxlu | 434 | 50%[2] azərbaycanlı | 50%[2] kürd |
6. | Balçiçək | 154 | 100% kürd | ... |
7. | Bayıraltı | 536 | 100% kürd | ... |
8. | Bayramyazı | 540 | kürd | 3-5 ailə[4] azərbaycanlı |
9. | Boyuncaq | 79 | 100% kürd | ... |
10. | Çöğürlü | 747 | kürd | 3-5 ailə[4] azərbaycanlı |
11. | Çökelgə | 472 | 100% kürd | ... |
12. | Diləkyazı | 256 | 100% kürd | ... |
13. | Düzgörən | 654 | 100% kürd | ... |
14. | Keçidverən | 602 | 95%[4] azərbaycanlı | 5% kürd |
15. | Gözucu | 598 | 100% kürd | ... |
16. | Gündoğdu | 104 | 100% kürd | ... |
17. | Güneysöyüd | 172 | 100% kürd | ... |
18. | İkiyamac | 294 | 100%[4] azərbaycanlı | ... |
19. | Kağnılı | 177 | 100% kürd | ... |
20. | Qaragöz | 154 | 100% kürd | ... |
21. | Qumlubucaq | 421 | 50%[4] azərbaycanlı | 50%[4] kürd |
22. | Qumluca | 1,619 | 100% kürd | ... |
23. | Samanyolu | 105 | 100% kürd | ... |
24. | Tanrıverdi | 199 | 100% kürd | ... |
25. | Tanyolu | 725 | 100% kürd | ... |
26. | Daştəkər | 356 | 100% kürd | ... |
27. | Yanalyol | 202 | 100% kürd | ... |
28. | Yanqaya | 21 | 100% kürd | ... |
29. | Yardımçılar | 804 | 100% kürd | ... |
30. | Yassıqaya | 197 | 100%[2] azərbaycanlı | ... |
31. | Yeltəpə | 577 | 100% kürd | ... |
32. | Yuxarıdumanlı | 312 | 100% kürd | ... |
33. | Yuxarıdüzmeydan | 865 | 100% kürd | ... |
34. | Yuxarıəsən | 479 | 100% kürd | ... |
35. | Yuxarıdaşlıçay | 200 | 100%[2] azərbaycanlı | ... |
36. | Yuxarıtoxlu | 184 | 100%[4] azərbaycanlı | ... |