Ballı şəlalələr (qaraç.-balk. Бал чучхурла) — Qaraçay-Çərkəz Respublikasında şəlalələr qrupu. Şəlalələr Alikonovka və Eçki-Baş çayları üzərində yerləşib Maloqaraçayevsk rayonuna daxildirlər. Bu adla həm də yaxınlıqda yerləşən təbii-rekeresiya mərkəzi və turizm bazası adlanır. Şəlalələrə ən yaxın yaşayış məntəqəsi Kommunstroydur. Rayon mərkəzi Uçkekendən şəlalələrə qədər məsafə 10 km, Kislovodsk şəhərinə olan məsafə isə 20 km-dir.
Ballı şəlalələr | |
---|---|
Медовые водопады | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 18 m |
Çay | Ekçi-Baş |
Yerləşməsi | |
43°53′ şm. e. 42°35′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ballı şəlalələr qrupuna 5 şəlalə daxildir. Onlardan üçü: Jemçujnıy, Skrıtıy və Şumnıy (Şeytan dəyirmanı) Alikonovka çaynda yerləşir. Digər iki şəlalə isə, Böyük və Kiçik Ballı şəlalə Eçki-Baş çayındadır. Çay 18 metr hündürlükdən Alikonovka çayına tökülərək Böyük Ballı şəlaləsini yaradır. Şəlalələrin olduğu ərazi Şimali Qafqazın Qayalı silsiləsinə aid olub kanyon dərələri ilə kəsilmişdir. Çay dərəsinin sağ sahili əsasən dolomit mənşəli süxurlardan ibarətdir, sol sahil isə dik qayalı ərazidir. Şəlalələrlə üzbəüz böyük qaya mövcuddur. Qaya gəmi burnuna bənzəyir və "göstərici" adlanır. Şəlalələr qrupunda ən hündürü Böyük Ballı şəlalə (18 m), ən gür sulusu isə Jemçujinadır.[1]
Təbii-rekresiya kompleksinin ərazisində turizm mərkəzi fəaliyyət göstərir. Ərazidə həmçinin restoran, «Qaraçay həyəti» etnoqrafik muzeyi var. Şəlalələrin olduğu bölgəyə Kislovodski şəhərindən tez-tez turist ekskursiyaları təşkil olunur.
Şəlalələrin adlanması yerli əfsanələrlə bağlıdır. Deyilənə görə, qədim zamanlarda şəlalənin töküldüyü qayalarda arı yuvaları mövcud olmuşdur.[2] Yaz daşqınları zamanı qayalarda olan arı yuvalarındakı bal şəlalənin suyuna qarışmış və şirin olmuşdur. Bu əraziyə tez-tez yeni evlənənlər gəlir və bal ayını qeyd edirdilər. Əslində bu ad ancaq sonuncu, ən böyük şəlaləyə aiddir. Digərlərin öz adları var. Şəlalələri ziyarət etmək üçün çay dərəsi boyu xüsusi dəmir pilləkənlər, körpülər və meydançalar inşa olunub.[3]
* Хачиков В. А. Экскурсии по живописным местам Северного Кавказа. Изд-во «Кавказская здравница», Минеральные Воды, 2008. Гл. «Медовые водопады». С. 47-50.