Uçkeken (abq. Учкьакьан, qaraç.-balk. Ючкёкен, noq. Учкекен) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Maloqaraçayevsk rayonunun inzibati mərkəzi.
Uçkeken | |
---|---|
43°56′38″ şm. e. 42°30′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1922 |
Mərkəzin hündürlüyü | 950 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87877 |
Poçt indeksi | 369380–369382 |
Vikianbarda əlaqəli mediafayllar |
Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir.
Uçkeken kəndi Podkumok çayının sağ sahilində və Eşkakon çayının hər iki sahilində yerləşir. Kənd Çerkessk şəhərindən 45-46 km cənub-şərqdə, Kislovodskdan 14 km qərbdə qərarlaşır. Uçkeken ətrafındakı iqlim soyuq və əhəmiyyətli dərəcədə yağıntılıdır. Qışda havanın orta temperaturu −1,2 ° C-dən 3,5 ° C-ə, yayda + 15.9 ° C-dən + 18.6 ° C-ə qədər dəyişir. Ən soyuq ay yanvar, ən isti ay iyuldur. Bununlada orta illik temperatur + 7,6 ° C təşkil edir. Orta illik yağıntının miqdarı 697 mm-dir. Ən quraq ayı fevral (21 mm yağıntı), ən çox yağıntı düşən ay isə iyundur (117 mm yağıntı)[2].
Kənd 1922-ci ildə dağlardan köçənlər tərəfindən qurulmuşdur. 1924-cü ildə burada ibtidai məktəb açılır və bir klub inşa edilir. 1925-ci ildə kənddə telefon xətti çəkilir. 1928-ci ildə doğum xəstəxanası olan bir tibb mərkəzi təşkil olunur. 1926-cı il siyahıyaalınmasına görə 574 ev təsərrüfatında 3109 nəfər yaşayırdı.
2002-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[4]:
Uçkeken Zelençuk kəndindən sonra respublikada ikinci ən böyük kənd tipli qəsəbə, Rusiyanın isə ən böyük kənd yaşayış məntəqələrindən biridir. Qaraçaylıların kompakt yaşadığı ən böyük kənd icmasına sahibdir.
«İlyaçin» uşaq bağçası
«Çolpan»[5] uşaq bağçası
A. M. İjayev adına 1 nömrəli orta məktəb
2 nömrəli orta məktəb
B.D.Uzdenov adına 7 nömrəli orta məktəb (əvvəllər səkkiz illik internat məktəbi)
N.Ş.Semenov adına 11 nömrəli əsas orta məktəb (əvvəllər - ibtidai məktəb, uşaq evi, orta, natamam orta)[6]
Pyatiqorsk Dövlət Dilçilik Universitetinin Qaraçay-Çərkəz filialı.
Cənubi Federal Universitetinin filialı[7]
Respublika mədrəsə-internat məktəbi (Qaraçay-Çərkəz Respublikasında bu tip yeganə təhsil müəssisəsi)[8]