Bal arısının virus xəstəliklərinə — deformasiya qanad virusu, talamus sürfə çürüməsi virusu, qara ana arı virusu, kəşmir arı virusu, xroniki arı iflici virusu, arı X virusu, arı Y virusu, bulanıq qanad virusu, misir arı virusu, filamentoz arı virusu, torba çürüməsi virusu və s. göstərmək olar.
Bu virus Apis mellifera və Apis cerena-da xəstəlik törədir. Virusla yoluxma zamanı qanadlarda büzüşüklük, gövdədə kiçilmə və rəngsizləşmə meydana çıxır. Xəstə arılar sürfə və pup mərhələsində ölürlər. Xəstəlik əsasən varroa ilə yayılır.
Bu xəstəlik ilk dəfə olaraq üzəri örtülmüş ana arı yuvalarında sürfə və ya pup mərhələsində rast gəlinmişdir.[1] Ölü arıların sürfə və pupları tünd qəhvəyidən qara rəngə çevrilir. Xəstə sürfələrin rəngi isə açıq sarı rəngdə olur. Bu virus işçi arılara öz sürfələrini qidalandırdığı zamanı keçir.
Bu xəstəlik əsasən yaz və yay aylarında daha çox müşahidə olunur. Virus qidalanma və s. yollarla arılara yoluxur. Xəstəlik zamanı içərisində sürfələr olan yuvaların üzəri örtülənə qədər heç bir pataloji hal müşahidə olunmur. Yuvanın üzəri örtüldükdən sonra xəstəlik əlamətləri üzə çıxır. Yuvaların üzərində iki ədəd deşik əmələ gəlir. Xəstə sürfələr içi su dolu torbaya bənzəyir və bir iynə və ya pinset vasitəsi ilə yuvadan götürmək mümkün olur. Xəstə sürfələrin rəngi ağdan sarıya doğru dəyişir və pup mərhələsinə keçə bilmir.[2] Xəstə sürfələr yuvada şaquli vəziyyətdə ölür. Xəstəlik zamanı sürfənin bədəni yaşılımtıl rəngli maye ilə dolur və bu səbəbdən torba xəstəliyi adı verilib. Daha sonra sürfələr quruyur və rəngi tündləşməyə başlayır bir müddət sonra isə ölür. Xəstəlik zamanı yeşik içərisindən hər hansı bir spesifik qoxu gəlmir.
Xəstəliyin müalicəsi üçün spesifik bir dərman yoxdur. Düzgün profilaktiki tədbirlər vasitəsilə xəstəliyin qarşısı alına və ya təsiri azaldıla bilər. Yeşiklər rütubətli yerlərə qoyulmamalı, yerdən 30–40 sm hündürlükdə olmalıdır. Xəstəlik zamanı ana arının sağlam ana arı ilə dəyişdirilməsi xəstəliyin aradan qaldırılması üçün əsas üsullardan biridir.
Arı Hastalıkları – Yavru Çürüklüğü