Balaca Ayasofya Məscidi, İstanbulun Kiçik Ayasofya ərazisində yerləşən məsciddir. Kilsə, Bizans (Şərqi Roma) İmparatoru I Yustinian və xanımı Theodora tərəfindən 527–536-cı illər arasında Aya Sergios və Bachos Kilsəsi (Müasir Yunan dili: Eκκλησία τῶν Άγίων Σεργίου καί Βάκχου ὲν τοῖς Ὸρμίσδου) adı ilə inşa etdirilmişdir. 1497-ci ildə II Bəyazidin Topqapı sarayındakı Darüssaadə Hüseyn Ağa dövründə məscidə çevrilmişdir.
Balaca Ayasofya | |
---|---|
Müqəddəs Sergios və Bacchos kilsəsi (köhnə adı: Eκκλησία τῶν Άγίων Σεργίου καί Βάκχου ὲν τοῖς Ὸρμίσδου / Balaca Ayasofya Məscidi) | |
41°00′10″ şm. e. 28°58′18″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Fateh, İstanbul |
Memar |
Miletli İsidoros Trallesli Anthemius |
Sifarişçi | I Yustinian |
Tikilmə tarixi | 527-536 |
Üslubu | Bizans memarlığı |
Material | kərpic |
Tipi | mədəni |
Kriteriya | i, ii, iii, iv |
Təyin edilib | 1985 |
Hissəsi | İstanbulun tarixi hissəsi |
Region | Avropa və Şimali Amerika |
Vikianbarda əlaqəli mediafayllar |
Bünövrədə 3 metrdən 1,8 metrə qədərlik blok daşlar istifadə edilmişdir. 8 guşəli əsas günbəzə malikdir. İstanbulun ən qədim Bizans Dövrü binası olaraq tanınır. Bağın cənub hissəsində 24 otaqlı böyük bir bağı və ortada fəvvarəsi olan Hüseyin Ağa Mədrəsəsi mövcuddur. Mədrəsə Yəsəvi Fondu tərəfindən bərpa edilmiş və türk el sənətinin xidmətinə verilmişdir. Yaxınlığında Kesikbaş Hüseyn Ağa türbəsi var.
Bina 1836 və 1956-cı illərdə iki dəfə təmir edilmiş, müxtəlif qurğuşun və suvaqları yenilənmiş və tək minarəsi əsaslı şəkildə təmir edilmişdir.
Rəvayətlərə görə kilsə adını Anastasiusun Şərqi Roma İmperatoru olduğu zaman baş verən bir hadisədən götürür. I Anastasius dövründə imperatora qarşı bir sosial qiyam baş verdi və I Yustinianın adı da bu üsyanda iştirak edənlərin siyahısına qarışır. Bundan sonra I Yustinian imperator tərəfindən edam cəzasına məhkum edilir, lakin hökmün icrasından bir gün əvvəl müqəddəs Sergius və Müqəddəs Bacchus İmperator I Anastasiusun yuxusuna girərək I Yustinian lehinə ifadə verdilər. Bu yuxu və ya xəyal imperatora elə təsir göstərir ki, hökmün ədalətini yenidən düşünməsinə səbəb olur. I Anastasius qərarından imtina edir və I Yustinianı bağışlayır. Taxt-taca malik olduqdan sonra I Justinian, hazırda Kiçik Ayasofya Məscidi kimi fəaliyyət göstərən kilsəni I Anastasius tərəfindən həyatının bağışlanması qərarına səbəb olmuş Müqəddəs Sergius və Müqəddəs Bacchusa minnətdarlıq borcunu ödəmək üçün onların adına bir nəzir kilsə olaraq inşa etdirir.