Balacaxanım Nəzirova

Balacaxanım Teymur qızı Nəzirova (19172006)—Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri doktoru.

Balacaxanım Nəzirova
Balacaxanım Nəirova Teymur qızı
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Aərbaycanlı
İxtisası İqtisadçı
Təhsili Azərbaycan Xalq Təsərrüfat İnstitutu
Fəaliyyəti coğrafiyaşünas
Fəaliyyət illəri 1938-2006
Elmi dərəcəsi

Balacaxanım Nəzirova Teymur qızı 1917-ci ildə anadan olub.1937-ci ildə, 20 yaşında ikən keçmiş SSRİ EA Coğrafiya sektorunun aspiranturasına daxil olan və bu günədək elmi-tədqiqat işini davam etdirən coğrafiya elmləri doktoru Balacaxanım Nəzirovanın coğrafiyaçı qadın alimlər arasında xüsusi mövqeyi var. Balacaxanım Teymur qızı elmi həyatını respublikanın torpaq ehtiyatlarının tədqiqinə həsr etmiş və bu sahədə istər elm, istərsə də elmin təsərrüfata tətbiqi sahəsində mühüm nəticələr əldə etmişdir. Balacaxanım yüksək ixtisaslı elmi kadrlar hazırlanması üçün xeyli işlər görüb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nəzirova Balacaxanım Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadçı ixtisası üzrə bitirmişdir.1939-cu ildə iqtisadi coğrafiya ixtisası üzrə aspiranturaya daxil olub. 1948-ci ildə "Azərbaycan Respublikasında pambıqçılığın yerləşdirilməsinin coğrafi problemləri" mövzusunda namizədlik, 1975-ci ildə isə "Azərbaycan SSR-də kənd təsərrüfatının istehsalı inkişafının iqtisadi-coğrafi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1938-ci ildən Azrəbaycan SSR EA sistemində işləməyə başlamışdır. 1958-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutuna gəlmiş, və iqtisadi-coğrafiya şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 1964-cü ildə Azərbaycan EA Coğrafiya İnstitutunda xalq təsərrüfatının ayrı-ayrı sahələrinin kartoqrafik modellərini və onların tərtibi metodikasını hazırlamış, akademik H. Əliyevin rəhbərliyi altında Azərbaycanda torpaq ehtiyatlarının iqtisadi qiymətləndirilməsi, kənd təsərrüfatının rayonlaşdırılması sahəsində genişmiqyaslı tədqiqatlar aparmışdır.[1]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Görkəmli alim 200-ə yaxın elmi əsərin, bir sıra iqtisadi-coğrafi xəritələrin müəllifidir.("Zaqafqaziyanın iqtisadi xəritəsi", "Azərbaycan SSR-in iqtisadi xəritəsi" və s.)

  1. B. Budaqov. Azərbaycan coğrafiyaçı alimləri. Bakı "Elm"-2013 səh 74