Məhəmməd Abduyev

Məhəmməd Abduyev Abdu oğlu (7 iyul 1961, Krasnoselsk rayonu) Coğrafiya elmlər doktoru

Məhəmməd Abduyev
Məhəmməd Abdu oğlu Abduyev
Doğum tarixi (63 yaş)
Doğum yeri Ermənistan Respublikası Krasnoselo r-nu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Ayət Bünyatova
Uşaqları Abduyev Elvin Məhəmməd oğlu,Abduyev Kənan Məhəmmd oğlu
Atası Abdu Abduyev
Milliyyəti Azərbaycanlı
İxtisası hidroloq
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyət illəri 1988
Elmi dərəcəsi
Mükafatları 2005 "Təşəkkürnamə", 2005 AMEA-nın Rəyasət Heyətinin "Fəxri Fərmanı"

Abduyev Məhəmməd Abdu oğlu 1961-ci ildə Ermənisatan Respublikasının Krasnoselo rayonunda anadan olub. 1978-ci ildə orta məktəbi bitirib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin əyani şöbəsinin I kursuna daxil olmuş və 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutuna göndərilib. 1989-cu ildə Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olub.1995-ci ildə dissertasiyanı müdafiə edərək, coğrafiya elmləri namizədi, 2013-cü ildə isə "Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın ekoloji təklükəsizliyinin qiymətləndirilməsi" mözusunda dissertasiya müdafiə edərək, coğrafiya elmləri doktoru elmi adını alıb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992-ci ildən 2013-cü ilədək AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb.İşlədiyi müddətdə 15 elmi hesabatı yerinə yetirib və 126 elmi məqalə nəşr etdirib, 35 yerli və Beynəlxalq səviyyəli konfransda iştirak edib, sertifikat və diplomlarla təltif olub AMEA-nın 60 illiyi ilə əlaqədar Yer elmləri bölməsinin təşəkkürnaməsini və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanını alıb. AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən DO1.091 Dissertasiya Şurasının və ADPU-nun "Xəbərlər" jurnalının Redaksiya Heyətinin üzvüdür. 2014-cü ildən ADPU-nun TarixCoğrafiya fakültəsinin "Ümumi coğrafiya" kafedrasında müdir vəzifəsində çalışır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Kiçik Qafqaz çaylarında ion axımının tədqiqi-AMEA-nın Xəbərləri,2006,№ 1,s.92–97;
  • Antropogen yüklənməyə görə çay hövzələrininekoloji vəziyyətinin qiymətləndirilməsi (Azərbaycan respublikası daxilində) AMEA-nın Xəbərləri, 2007, № 3, s.93–97;
  • Torpaq örtüyünün və süxurların litoloji tərkibinin çayların kimyəvi axımının formalaşmasına təsiri-Azərbaycan Coğrafiya cəmiyyətinin əsərləri,XI cild, Bakı-2007, s458–463
  • Çay sularının kimyəvi tərkibinə görə təsnifatı (Azərbaycan respublikası daxilində)-AMEA-nın Xəbərləri, 2007, № 4,s.73–77
  • Azərbaycanın çay hövzələrindəki kimyəvi denudasiyanın intensivliyi-Hidrometeorologiya və ətraf mühitin monitorinqi, 2007, № 4,s.160–166
  • Azərbaycanın dağ çaylarının kimyəvi axımının dəyişməsinin ekoloji aspektləri.-Azərbaycan Cofrafiya cəmiyyətinin əsərləri, XII cild, Bakı-2008,s.253 257
  • Azərbaycanın dağ çaylarının mikroelementlər axımının qiymətləndirilməsi.-AMEA-nın Xəbərləri, № 3,2008,s.68–74
  • Сравнительный анализ механической и химической денудации в горных областях Азербайджана Институт Географии НАНРК. Вопросы географии и геоэкологии. Алматы-2008. № 2,стр. 64–67
  • Загрязненность речных вод аридных территорий Азербайджана Проблемы освоения пустынь. Ашхабад, 2008, № 4, с. 9–11
  • Исследование ионного стока горных рек Азербайджана. Известия РГО. Санкт-Петербург-2009. т. 141. вып. 1. стр. 72–76
  • Azərbaycanın dağ çaylarında orqanik maddələr axımının çoxillik dəyişməsi Təbii-təsərrüfat sistemlərinin ekoloji təhlükəsizliyinin təminatının coğrafi problemləri.-Azərbaycan Coğrafiya cəmiyyətinin əsərləri. XIV cild. Bakı-2009. s. 325–328
  • Azərbaycanın dağ çaylarında illik ion axımı tərəddüdlərinin tədqiqi və qiymətləndirilməsi.-AMEA-nın xəbərləri, yer elmləri, № 2,2009. s. 59–64
  • Azərbaycanın dağ çaylarının biogen elementlər axımı Torpaqşünaslar cəmiyyətinin əsərlər toplusu. XI cild, II hissə, Bakı. "Elm", 2010. s.397–404
  • Рекогносцировочная оценка состояния речных бассейнов Азербайджана по антропогенной нагрузке. Гидрометеорология и экология, № 2(57), Алматы-2010, с. 55–62
  • Методические вопросы расчёта среднемноголетнего ионного стока горных рек (на примере Азербайджана) Метеорология и гидрология. № 4. Москва-2011. с.96–103
  • Современные изменения гидрохимического режима рек Азербайджана Вестник КРАУНЦ, Науки о Земле,2011, № 1, выпуск 17, с.147–156
  • Azərbaycan Respublikası çay sularının orta illik minerallaşması və kimyəvi tərkibi. AMEA-nın "Xəbərlər"i yer elmləri, № 2, 2011, səh.36–41[1]

Abduyev Məhəmməd Abdu oglu

  1. "Abduyev Məhəmməd Abdu oglu". 2020-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.