Balakişi Vəliyev

Balakişi Vəliyev (tam adı: Vəliyev Balakişi Əhməd oğlu; 7 noyabr 1927, Xoşkeşin, Naxçıvan MSSR12 iyul 2001, Bakı) — həkim, terapevt. Tibb elmlər doktoru, professor

Balakişi Vəliyev
Vəliyev Balakişi Əhməd oğlu
Doğum tarixi
Doğum yeri Culfa, Xoşkeşin,Naxçıvan Muxtar Respublikası
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Tibb
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti

Vəliyev Balakişi Əhməd oğlu 7 noyabr 1927-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub.

12 iyul 2001-ci ildə Bakı şəhərində vəfat edib.

1953-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

17 il Qazaxıstanın Çimkənd vilayətinin tibb müəssisələrində, Qazaxıstan Elmlər Akademiyası Mahal Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində assisent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1993-cü ildən II daxili xəstəliklər kafedrasının professoru idi. 1974–80-ci illərdə Bakının baş terapevti olmuşdur. Qurğuşunla zəhərlənmə xəstəliklərinin patogenezinə və müalicəsinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın,80-dək elmi işin, həmçinin metodik vəsiatlərin müəllifidir.

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 573. ISBN 5-8066-1468-9.