Xoşkeşin

Xoşkeşin (əvvəlki adı: Xoşkeşiş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Xoşkeşiş kəndi Xoşkeşin kəndi adlandırılmışdır.[2]

Xoşkeşin
39°10′07″ şm. e. 45°41′43″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 411 nəf. (2009)
Xəritəni göstər/gizlə
Xoşkeşin xəritədə
Xoşkeşin
Xoşkeşin

Əlincə çayının sahilində, dağətəyi ərazidədir. Oykonim türk dillərindəki koş (çobanların müvəqqəti yaşayış yeri, yurd, dayanacaq, köç) və kezen (aşırım, dağ yalı) sözünün fonetik forması olan kesin/keşin sözlərindən düzəlib, "dağ yalında çobanların dayanacaq yeri" mənasındadır.

Əhalisi 411 nəfərdir.[3]

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.