Balaton gölü əməliyyatı

Balaton gölü əməliyyatı (alm. Plattenseeoffensive‎) — II. Dünya Müharibəsi zamanı Şərq Cəbhəsində baş verən son Alman döyüş hücumudur. Əməliyyat Macarıstan ərazisinin cənub-qərb hissəsində 6–16 mart 1945-ci il tarixləri arasında icra edilmişdir. Əməliyyat Almanca Plattensee Hücumu, Rusca Balaton Müdafiə Hərəkatı və İngiliscə Balaton Gölü Hücumu kimi tanınır. Hazırlıqları böyük bir gizlilik içində davam etdirilən döyüş, 6 mart 1945-ci ildə Balaton gölü yaxınlığında başlanılıb. Bölgə Rumıniya nefti itirildikdən sonra Almaniyanın neft ehtiyacını təmin edən son region olması səbəbindən çox əhəmiyyətli idi.

Balaton gölü əməliyyatı
Tarix 15 aprel 1945
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar