Balkan yarımadasının iqlimi

Balkan yarımadası iqlimiBalkan yarımadası tarixən dünyada insanın yaşaması üçün ideal iqlim şərtlərinə sahib olan coğrafi məkanlardan biri olmuşdur. Yarımadanın iqlim xüsusiyyətlərinə diqqət yetirəndə ; cənubdan şimala və dəniz sahilindən daxili hissələrə doğru dəyişdiyi görünməkdədir. Cənubda Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Burada qışlar mülayim və yağışlı keçərkən, yaylar isti və quraqdır. Afinada qar nadir hallarda görünür. Şimalda və daxili hissələrə doğru getdikcə iqlim sərtləşir. Dağlıq bölgələrdə sentyabr və oktyabr aylarında yağan qar iyun ayında hələdə yerdə qalır. Yunanıstanda çox vaxt yay fəsli isti, qış fəsli isə mülayim və sərin keçən Aralıq dənizi iqliminin təsiri altındadır. Sahildə və adalarda iqlim daha yumşaq olmasına baxmayaraq, dağlıq ərazilərdə və daxili hissələrdə iqlim daha sərt keçir. Yağışın miqdarı ümumilikdə aşağıdır. Albaniya ərazisi quruluşunun müxtəlifliyindən fərqli iqlim tiplərinə sahibdir. Ölkədə başlıca olaraq 3 iqlim tipinə rast gəlinir. Cənub hissələrdə Aralıq dənizi iqlimi şimal və daxili hissələrdə rütubətli iqlim və şimal qərb hissəsində müşahidə olunan Alp iqlimi buna misaldır. Keçmiş Yuqoslaviyanın yüksək dağlıqç yaylalıq və sahil bölgələrində fərqli iqlim xüsusiyyətləri mövcuddur. Adriatik dənizi Aralıq iqliminin təsiri altındaddır. Sahilyanı ərazilər və yarımadanın cənubu bu səbəbdən yağan yağışların illik miqdarı ilə yüksəkdir. Makedoniya ərazisinin mühum hissəsi dağlarla əhatə olunduğundan burada koninental iqlim tipi müşahidə olunur. Şimal hissələr cənuba nisbətən daha soyuqdur. Yay aylarında kiyafət qədər yağış görməyən torpaqların suvarılması üçün süni suvarma sistemlərindən istifadə olunur. Ruminiyanın iqlimi həm mülayim həm də kontinental tiplərinə ayrılır. Ölkəyə yağan yağış miqdarının ölçüsü hər yerdə demək olar ki, bərabər paylanılıb şərq bölgələrində isə dağlıq ərazilərinə yağış daha çox yağır.

İqlim bölgələri[redaktə | mənbəni redaktə et]

Selver Balkanları əsasən 5 iqlim bölgəsinə bölür. Birinci iqlim bölgəsi; Egey Adaları, Peroponesas, Yunan yarımadasının şimal sərhəddi və Albaniya sahili . Ümumi yağış miqdarının ¼-nin aprel və sentyabr aylarında göründüyü ərazidə qışda istilik 9-10°-dən aşağıya düşmür. Tropik meyvələrin yetişməsinə uyğun iqlim şəraiti bölgədə mövcuddur. Mülayim qış fəsli ilə seçilən Dalmasiya sahili ikinci bölgəni meydana çıxarır. Əsasən burada soyuq şimal küləkləri çox əsməkdədir. Şimala doğru iqlim sərtləşir. Şimal Makedoniyanın cənub və şərq hissələri ilə Qərbi Trakiya üçüncü bölgəni təşkil edir. Soyuq şimal küləkləri səbəbi ilə qış fəsli sərt keçir. Yaylar istdir və yağış il boyu müşahidə olunur. Pambıq, düyü, tütün qarğıdalı yetişir. Salonikidən şimala doğru irəlilədikcə Aralıq dənizi iqlimi yerini Mərkəzi Avropa iqlim şəraitinə təslim edir. Soyuq qışlar mülayim yaylar il boyu müntəzəm yağışlar vardır. Yağış miqdarı şimal qərbdə Bosniya və Herseqovina və Serbiyadan artarakən, şərqə doğru getdikcə azalır. Şərqi Trakiya və Bolqarıstan ovalıqları özlüyündə beşinci bölgəni yaradır. Quru və günəşli yaylar buğda yetişdirilməsinə imkan verir. Balkan yarımadası şimal və şimal qərbinin sərt küləkləri ilə məşhurdur. Qərb sahillərində dağlar sərin dəniz küləyinin təsirini daxili bölgələrə çatmasına əngəl olur[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Balkan Coğrafyası". https://www.academia.edu/20803695/BALKAN_CO%C4%9ERAFYASI (türk). Muhammet Kaçmaz. 2021. 2021-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2021.