Göy balıq (lat. Ballerus ballerus) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü.
Göy balıq | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Göy balıq |
||||||
Beynəlxalq elmi adı | ||||||
Sinonimləri | ||||||
Mühafizə statusu | ||||||
Az qayğı tələb edənlər Least Concern (IUCN 3.1)Least Concern: 135587 |
||||||
|
Bədən enlidir, yan tərəflərdən isə güclü sıxılmışdır. Bədəni boyunun üçdə biridir. Başı micvaridir. Başının yuxarı hissəsini tutan ağzı bir qədər yuxarı qalxır. Anusu nisbətən uzundur. Pulcuqları isə kiçik olur[2].
Göy balıq xarici görünüş baxımından Porulara (lat. Ballerus sapa) bəzəsələr də, ağız quruluşu və pulcuqlarının balaca olması seçilirlər. Balığın bel hissəsi tünd mavi, ətrafları və qarın nahiyəsi isə saımtıl və qırmızımtıl nöqtələrə sahib gümüşü ağ rəngdə olur. Sinə üzgəcləri sarımtıl, digərləei isə solğun boz rəngdə olur.
Adətən yetkin fərdlər 50 sm uzunluğa və 600 q çəkiyə sahib olurlar[3]. Ancaq Volqa və Ural çaylarında olan balıqların 1—1,2 kq çəkiyə malik olmaları müşahidə edilir. Brokhauz və Efronun ensiklopedik lüğətində ayrı-ayrı nümunələrinin 1 metrə çatması qeyd olunur. Bu balıqların su anbarlarında çaylara nisbətdə daha tez böyüməlkəri bilinir[4].
Ölçü və yaşdan asılı olaraq məhsuldarlığı da bir o qədər yüksək olur. Kremençuk su anbarında 300 qramlıq balıq 24 min kürü, 600 q-lıq balıq bundan iki dəfə çox kürü verir. Kiyev su anbarında olan 4 illik balıq 25 min kürü, yaşca böyük olanlar isə 100 min kürü verə bilir
Göl-çay balığı hesab edilir. Axarsız göllərdə və sürətlə axan dağ çaylarında müşahidə edilmirlər. Əsasən çayın lal axan hissələrində müşahidə edilirlər. Onların arealı çapaqlara nisbətdə daha kiçikdir. Onlara Mərkəzi və Şərqi Avropa, İsveçrə, Rusiyanın Qərb hissəsində (Ladoqa, Oneqa və Ağ dəniz və Şimal Buzlu okean hövzəsi istisna). Göy balıqlara Azov və Xəzər dənizinin şimal hövzələrində, Baltik dənizinin Riqa və Fin körfəzləri və Qara dənizinin Odessa körfəzi hövzələrində yayılmışdır. 1957-ci ildə Simferopol su anbarına buraxılmışdır.
Yetkin göy balıqlar zooplankton, böcəklər, qurdlar və bitkilərlə qidalanır. Volqada mart ayında Xəzər külməsinin ardınca, Mərkəzi Rusiyada may və iyunun əvvəllərində kürü qoyur. Volqanın cənubuna və Ural çayına payızda ikinci girişi baş tutur.