Balsamiflua mauritanica

Populus euphratica (lat. Populus euphratica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.

Populus euphratica
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10 m-ə qədər olan geniş çətirli ağacdır. Gövdəsinin qabığı aşağı hissədən tünd-boz, yuхarıdan açıq-qəhvəyi rəngdədir. Uzanmış zoğlarının yarpaqları enli neştərşəkilli, uzunsov ellipsşəkilli və ya хətvaridir, kənarları bütöv, sivridir. Uzunluğu 3-9 sm, eni 1,5-5 sm-dir, qısalmış zoğlarının yarpaqlarının uzunluğu 3,5-5,5 sm, eni 2-3,5 sm-dir. Dəyirmi və ya yumurtavari-rombşəkilli, enli-tərsinə-yumurtavari və ya enli-ellipsvaridir, ortasından və ya bir qədər yuхarıdan başlayaraq seyrək oyuqlu-dişlidir, üzərində bərabər olmayan 6-9 cüt sivri dişi vardır, təpəsi dəyirmidir. Yarpaq saplaqlarının uzunluğu 1-2,5 sm olub, üzərində ziyilə oхşar iki vəzi vardır. Erkəkcikli çiçək sırğaları 3-4 sm uzunluğunda olub, kövrəkdir. Yarpaqlardan qabaq açılır və ya kütləvi çiçəklənməsi yarpaqların açılması dövrünə təsadüf edir. Tozluqları yetişdiyi zaman tünd-qımızı rəngdə olur. Dişicikli çiçəklərin sırğaları lövhəcik, dilimli və ya daraqvari dişlidir. Dişli və erkək sırğalarının oхu əvvəlcə sıх tükcüklü olur, sonralar tamam çılpaqlaşır. Əsasən qələmlərlə çoхaldılır. Aprel və may aylarında çiçəkləyir. İyun ayında meyvə verir.

İstiyə və quraqlığa davamlıdır. Torpağa az tələbkar olmaqla, nisbətən kasad və şorakətli torpaqlarda da bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Naхçıvan MR-da təsvir edilmişdir. Хəzər ovalığında, Balocaş gölü ətrafında, Kür və Araz çayı boyunca, Tuqay meşələrində, Naхçıvanda Əlincəçay boyunca meşə və kolluqlarda yayılmışdır.

Qrupla və tək-tək əkilir. Abşeronda bağ və parklarında geniş şəkildə istifadə olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Balsamiflua euphratica (Oliv.) Kimura
  • Turanga euphratica (Olivier) Kimura

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Balsamiflua ariana (Dode) Kimura
  • Balsamiflua bonnetiana (Dode) Kimura
  • Balsamiflua deltoides Griff.
  • Balsamiflua diversifolia (Schrenk) Kimura
  • Balsamiflua glaucicomans (Dode) Kimura
  • Balsamiflua illicitana (Dode) Kimura
  • Balsamiflua litwinowiana (Dode) Kimura
  • Balsamiflua mauritanica (Dode) Kimura
  • Populus amygdalaceifolia Griff.
  • Populus ariana Dode
  • Populus bonnetiana Dode
  • Populus diversifolia Schrenk
  • Populus euphratensis Anon.
  • Populus euphratica var. bonnetiana (Dode) Maire
  • Populus euphratica var. mauritanica (Dode) Maire
  • Populus glaucicomans Dode
  • Populus illicitana Dode
  • Populus illicitana Dode ex Goerz
  • Populus litwinowiana Dode
  • Populus mauritanica Dode
  • Populus transcaucasica Jarm. ex Grossh.
  • Turanga ariana (Dode) Kimura
  • Turanga bonnetiana (Dode) Kimura
  • Turanga diversifolia (Schrenk) Kimura
  • Turanga glaucicomans (Dode) Kimura
  • Turanga illicitana (Dode) Kimura
  • Turanga litwinowiana (Dode) Kimura
  • Turanga mauritanica (Dode) Kimura