Populus

Qovaq (lat. Populus L.) — Söyüd fəsiləsindən bitki cinsi.

Qovaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yalançı ağqovaq — P.pseudonivea[redaktə | mənbəni redaktə et]

Boyu 35 m. diametri 80 sm olan genişçətirli iri ağacdır. Uzanmış zoğlarının yarpağı hibrid qovağının yarpağına oxşayır. Qısa zoğlarının yarpaqları alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx keçətükcüklüdür, üstdən seyrək tükcüklüdür, yumurtavari rombəşkillidir, kənarı dilimli və dişlidir, ucdan sivriləşmişdir. Dişicik sırğalarının oxu tükcüklüdür. Mart-aprel aylarında çiçəkləyir. Toxumu may-iyun aylarında yetişir. Qafqazda yayılıb. Azərbaycanda Quba, Samur-Dəvəçi düzənliyində, bozqır yaylada, Kür-Araz ovalığında, çay sahillərində, vadilərdə bitir. Bəzən yaşıllaşdırmada təsadüf edilir. İlk dəfə Kutaisidən təsvir olunub.

Deltovari və ya Kanada qovağı — P. deltoides[redaktə | mənbəni redaktə et]

Boyu 45 m-ə çatan geniş çətirli düzdirək gövdəli ağacdır. Uzun boy zoğları zəif qabırğalıdır, pöhrələri isə daha aydın seçilən qabırğaya malikdir. Yarpaqları qalın dərivaridir, tünd-yaşıl və parlaqdır, üçbucaqvari və ya enliyumurtavaridir, qaidəsi düz və geniş pazvaridir. Ucdan qısa sivridir. Təbii halda Şimali Amerikada bitir. Azərbaycanda əkilib becərilir.

Şişkin qovağı — P. schischkinii[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Quba sahəsində, Kiçik Qafqazın cənubunda, Kür-Araz ovalığında, Naxçıvanda qeydə alınıb.

Səmərqənd qovağı — P.bollcana[redaktə | mənbəni redaktə et]

Boyu 35 m olan enli yumurtavari çətirli ağacdır. Vətəni Orta Asiyadır, burada çay vadilərində bitir. Azərbaycanda xüsusən Abşeronda əkilib becərilir.

İtaliya qovağı — P. italica[redaktə | mənbəni redaktə et]

Əlverişli bitmə şəraitində boyu 40 m-ə çatır. Vətəni Əfqanıstandır, Aralıq dənizi ölkələrində xüsusən İtaliyada geniş sahədə becərilir. Orta Asiyada və Azərbaycanda yaşıllaşdırmada geniş istifadə edilir.

Qovaq ağacı

Qələmə (qəşəng) qovağı — P. gracilis[redaktə | mənbəni redaktə et]

Boyu 30 m-ə çatan pramidal çətirli ağacdır. Yarpaqları Sosnovski qovağına oxşayır. Azərbaycanda yaşayış məntəqələrinin yaşıllaşdırılmasında, fərdi bağlarda geniş əkilib becərilir.

Balzam qovağı — P.balsamifera[redaktə | mənbəni redaktə et]

Şimali Amerika meşələrində bitir. Boyu 25 m, diametri 100 sm olan ağacdır. 200 ilə kimi yaşayır. Yarpaqları yumurtavari və ya yumurtavari-lansetvaridir, tədricən ensizləşərək təpədə sivriləşmiş olur, kənarı xırda mişardişlidir. Yaşıllaşdırmada geniş istifadə olunur.

Ətirli qovaq — P. suaveolens.[redaktə | mənbəni redaktə et]

Şimali Sibirdə və Uzaq Şərqdə dağ çaylarının deltalarında bitir. Cənub arealında 35 m boya, 200 sm diametrə çatır. Uzun-ömürlüdür. 200 ildən artıq yaşayır. Tumurcuqları uzunsov, yapışqanlı və ətirlidir. Torpağa az tələbkar, şaxtaya davamlı və tez böyüyəndir, kökdən güclü pöhrə verir. Yaşıllıqlarda geniş istifadəyə yararlıdır.

Türkiyadə qovaq növlərindən və hibridlərindən ibarət müxtəlif yaşlı plantasiyalar vardır. Bu plantasiyalarda vaxtaşırı qısa dövriyyəli qırıntı tətbiq etməklə istehsal olunan oduncaq satışından yüksək gəlir götürülür.

"Azərbmeşə" İstehsalat Birliyinin mütəxəssislərinin təşəbbüsü ilə 1998-ci ildə Türkiyədən qovaq növlərinin hibrid formalarından qələmlər gətirilmiş və Ağdaş, Bərdə, Qəbələ, Yalama və s. meşə təsərrüfatlarının ərazilərində sınaq əkinləri aparılmışdır. İlkin nəticələr yaxşıdır. Belə ki, həmin əkinlərdən 95–98% bitiş alınmış və qovaqların illik boy artımı 5 m-dən çox olmuşdur.

Növləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]