Balta (cizgi-serial, 2018)

Balta6 fevral 2018 tarixindən etibarən yayımlanmağa başlayan, dram, komediya və fantastika janrlarını özündə birləşdirən, müasir Azərbaycanın ilk professional animasiya serialıdır. Serialda baş qəhrəman İsmayılın "bir baltaya sap olmaq" üçün atıldığı sərgüzəştlərdən söhbət açılmışdır. 2021-ci il 7 iyun tarixində isə 38 dəqiqəlik final seriyası ilə izləyicilərinə vida etmişdir.

Balta
Animasiya serialının posteri.
Animasiya serialının posteri.
Janr Sürreal Yumor
Operator Rəvan Muradov
Prodüser
  • Nicat Manafov[d]
Ssenarist Rəvan Muradov
Yaş reytinqi 16+
Şüar Baltaya sap olmaq istəyənlərin hekayəsi
Rəssam Əmrah Niyazalı
İstehsalçı ölkə
İl 2018
Dil azərbaycanca
Növü Animasiya, 2D
Rəng Rəngli
Mövsüm sayı 2
Seriya sayı 10
Seriya vaxtı 20–37 dəqiqə
Davametmə müddəti 6 fevral 20187 iyun 2021
Telekanal Balta (YouTube)
Format 4K (16:9 4KTV)
IMDb ID8971860
balta.az

Məzmun[redaktə | mənbəni redaktə et]

"Balta" animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərən yetkinlər üçün cizgi serialdır.[1] Hekayə bu günə kimi böyüdüyünün fərqində olmayan, avara baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməsiylə başlayır. İsmayılın pul qazanmaq üçün əl atdığı yollar bizi macəralardan-macəralara aparır.[2] Azərbaycan dilində, sosial şəbəkələrdə və internet mediasında yayımlanan "Balta" animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlib.[3]

Cizgi filminin yaradıcı heyəti[redaktə | mənbəni redaktə et]

  • Prodüser: Nicat Manafov[4]
  • Layn Prodüser: Elçin Hüseynov
  • Rejissor/Ssenarist: Rəvan Muradov
  • Art Direktor: Əmrah Niyazalı
  • Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov, Seymur Abdullayev
  • Qrafik Dizayner: Nihad J
  • Layihə Məsləhətçisi: İlkin Yusif

Personajlar[redaktə | mənbəni redaktə et]

  • İsmayıl: Hekayənin əsas qəhrəmanı olan İsmayıl 23 yaşında pul qazanmaq üçün yollar axtarır.
  • Musa: İsmayılın kiçik qardaşı.
  • Hüseyn: İsmayılın atası.
  • Baba: İsmayılın babası.
  • Mələk: İsmayılın anası.
  • Canan: İsmayılın sevdiyi qız.

Səsləndirmə[redaktə | mənbəni redaktə et]

  • İsmayıl — Teymur Eyvazov
  • Musa — Elvin İbrahimov (Elvin İbra)
  • Hüseyn — Teymur Eyvazov
  • Baba — Firuddin Əliyev
  • Mələk — Aytac Əlimirzəyeva (sonradan Şənay Nəbisoy)
  • Canan — Aytac Əlimirzəyeva (sonradan Şənay Nəbisoy)

Köməkçi personajlarda Taleh Yüzbəyov, Əlixan Rəcəbov və Erkin Erginin də səsləndirmələri var.

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • MilliNet 2018 - İlin ən yaxşı "Youtube" layihəsi
  • Netty Awards 2019 - İlin ən yaxşı onlayn video-layihəsi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda yetkinlər üçün yeni cizgi filmi çəkildi". "ÖlkəAz". http://olke.az. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul, 2018.
  2. ""Balta" yumoristik cizgi serialı". "qaynarinfo". http://qaynarinfo.az. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
  3. "Yetkinlər üçün cizgi serialının ilk bölümü çəkildi - VİDEO". "azxeber". http://azxeber.com. 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
  4. "Balta rəsmi". "balta". https://balta.az. 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]