Balta (cizgi-serial)

Balta — Rəvan Muradovun rejissor və ssenaristi olduğu[1] "Crambone Inventive League" ilə "Nicat Manafov Entertainment"ın (NME) birgə istehsalı olan və 6 fevral 2018 tarixindən 7 iyun 2021-ci ilə kimi internetdə yayımlanan[2] dram, komediya və fantastika janrlarını özündə birləşdirən müasir Azərbaycanın ilk professional animasiya serialı.

Balta
Animasiya serialının posteri.
Animasiya serialının posteri.
Janr Sürreal-yumor
Rejissor Rəvan Muradov
Prodüser Nicat Manafov
Ssenarist Rəvan Muradov
Yaş reytinqi 12+
Şüar Baltaya sap olmaq istəyənlərin hekayəsi
Rəssam Əmrah Niyazalı
İstehsalçı ölkə Azərbaycan
İl 2018
Dil azərbaycanca
İlk çıxış tarixi 2018
Növü Animasiya, 2D
Rəng Rəngli
Mövsüm sayı 2
Seriya sayı 10
Seriya vaxtı 20–37 dəqiqə
Davametmə müddəti 6 fevral 2018 – 7 iyun 2021
Telekanal İnternet
İstehsalçı şirkət “Crambone Inventive League” və “Nicat Manafov Entertainment” (NME)
IMDb ID8971860
Format 4K (16:9 4KTV)
balta.az

Serialda baş qəhrəman İsmayılın "bir baltaya sap olmaq" üçün atıldığı sərgüzəştlərdən söhbət açılmışdır. 2021-ci il 7 iyun tarixində 38 dəqiqəlik final seriyası yayımlanıb.

"Balta" animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərən yetkinlər üçün cizgi serialdır.[3] Hekayə bu günə kimi böyüdüyünün fərqində olmayan, avara baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməsiylə başlayır. İsmayılın pul qazanmaq üçün əl atdığı yollar bizi macəralardan-macəralara aparır.[4] Azərbaycan dilində, sosial şəbəkələrdə və internet mediasında yayımlanan "Balta" animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlib.[5]

Yaradıcı heyət

[redaktə | mənbəni redaktə et]
  • Rejissor və ssenarist: Rəvan Muradov
  • Art direktor: Əmrah Niyazalı
  • Xətti Prodüser: Elçin Hüseynov[6][7][a]
  • Proyekt Menecer: Nicat Manafov[8][9][7][2][10][6]
  • Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov, Seymur Abdullayev
  • Proyekt menecer: Nicat Manafov[b]
  • Qrafik dizayner: Nihad J, Nicat Səfərli
  • Layihə məsləhətçisi: İlkin Yusif
  • Səs mühəndisi: Murad Ağazadə
  • İsmayıl: Hekayənin əsas qəhrəmanı olan İsmayıl 23 yaşında pul qazanmaq üçün yollar axtarır.
  • Musa: İsmayılın kiçik qardaşı.
  • Hüseyn: İsmayılın atası.
  • Baba: İsmayılın babası.
  • Mələk: İsmayılın anası.
  • Canan: İsmayılın sevdiyi qız.
  • İsmayıl — Teymur Eyvazov
  • Musa — Elvin İbrahimov (Elvin İbra)
  • Hüseyn — Teymur Eyvazov
  • Baba — Firuddin Əliyev
  • Mələk — Aytac Əlimirzəyeva (sonradan Şənay Nəbisoy)
  • Canan — Aytac Əlimirzəyeva (sonradan Şənay Nəbisoy)

Köməkçi personajlarda Taleh Yüzbəyov, Əlixan Rəcəbov və Erkin Erginin də səsləndirmələri var.

  • Netty Awards[15] – 2019[16] — İlin ən yaxşı onlayn video-layihəsi[17]
  • Animafilm - 2021 — Serial IV ANİMAFİLM Beynəlxalq Festivalının müsabiqə proqramında[18] iştikak edib.[19]
  1. 10-cu bölümdə (35:33) icraçı prodüser.
  2. 10-cu bölümdə (35:36) prodüser.
  1. ""Balta" yumoristik cizgi serialı - VİDEO". Mediapress.az (az.). 2017-03-15. 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
  2. 1 2 Rəşid Ağamalıyev. "2021-ci ildə Azərbaycan Animasiyası. Yekunlar. səh. 2" (PDF). Anima.az. 2024-08-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-06.
  3. "Azərbaycanda yetkinlər üçün yeni cizgi filmi çəkildi". "ÖlkəAz". http://olke.az. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul, 2018.
  4. ""Balta" yumoristik cizgi serialı". "qaynarinfo". http://qaynarinfo.az. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
  5. "Yetkinlər üçün cizgi serialının ilk bölümü çəkildi - VİDEO". "azxeber". http://azxeber.com. 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
  6. 1 2 "Balta Animasiyası". Balta Animasiyası (az.). 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
  7. 1 2 "IMDB: Balta (2018–2021) Full Cast & Crew". 2024-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
  8. ""Balta" Baku Business Factory - BBF-in dəstəklədiyi, qısa zaman ərzində böyük auditoriyanın marağını cəlb etməyi bacaran Balta bədii animasiya filminin inkişaf yolu". 2018.
  9. "Youtube/Kunc-Bucaq". 2024-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
  10. "Nicat Manafov: "Pulla səmimiyyəti satın almaq olmur" – Müsahibə". Kulis.az (az.). 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
  11. "Milli İnternet Mükafatı | Milli Net". old.millinet.az. 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
  12. "Milli İnternet Mükafatı | Milli Net". old.millinet.az. 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
  13. "MilliNet 2018-in qaliblərini tanıyaq – AİF". Azərbaycan İnternet Forumu (az.). 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
  14. "Названы победители Национальной интернет-премии MilliNet-2018 (Фото)". www.kaspiy.az (rus). 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
  15. "Balta cizgi serial on NETTY". Netty.az. İstifadə tarixi: 2024-08-05.
  16. "MTCHT Innovation Agency's project became "IT Event of the Year"". mincom.gov.az (ingilis). İstifadə tarixi: 2024-08-05.
  17. "NETTY 2019-in qalibləri təyin olundu". 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
  18. "IV ANİMAFİLM-İN MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU" (az.). 2021-08-08. 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  19. ""Azərbaycan animasiyası 2021" illik hesabatı təqdim olundu". AKİ (az.). 2022-02-07. 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]