Baltazar Karlos (Asturiya şahzadəsi)

İnfant Baltazar Karlos (isp. Infante Baltasar Carlos) (17 oktyabr 1629[1][2], Madrid9 oktyabr 1646, Saraqosa) – İspaniya kralı IV Filippin ilk oğlu və ölümünədək İspaniya taxt-tacının (Kastiliya və Leon, Araqon, SiciliyaNavarra krallıqları da daxil olmaqla) varisi, İspan infantı.

İnfant Baltazar Karlos
Asturiya şahzadəsi[d]
7 may 1632 – 9 oktyabr 1646
ƏvvəlkiIV Filipp (İspaniya kralı)
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1629(1629-10-17)[1][2]
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1646(1646-10-09) (16 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Təbii çiçək
Atası IV Filip
Anası Fransalı Elizabet
Ailəsi Habsburqlar sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atasının apardığı diplomatik danışıqların nəticəsi olaraq İngiltərə kralı I Karl və xalası Henretta Mariyanın qızı Mariya Stüartla evlənməsi təklif edilsə də, dini məzhəb fərqlilikləri səbəbilə bu evlilik təklifi qəbul edilmədi. Nəhayət, 1646-cı ildə Müqəddəs Roma imperatoru III Ferdinand və bibisi Mariya Annanın qızı Marianna ilə nişanlandı. Ancaq nişandan bir neçə ay sonra Karlos tutulduğu çiçək xəstəliyi səbəbilə 16 yaşında vəfat etdi. Qurulan diplomatik əlaqələrin qorunması və varissiz qalan atasının istəyilə 14 yaşlı nişanlısı bir neçə il sonra atası IV Filiplə evləndi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Diego Velázquez (3 January 2016). Complete Works of Diego Velázquez (Delphi Classics). Delphi Classics. p. 176
  • William Coxe (1864). History of the House of Austria ... 1218-1792. Bell. p. 349.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Baltasar Carlos de Austria // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  2. 1 2 Baltasar Carlos // Gran Enciclopedia Aragonesa (isp.). 1977.