Mariya Stüart (ing. Mary Stuart) (4 noyabr 1631[1][2][…], Sent-Ceyms sarayı, Böyük London regionu[d] – 24 dekabr 1660[1][2]) — İngiltərə şahzadəsi. Stüart ailəsinə mənsub idi və evlilik yoluyla həm Oranj şahzadəsi, həm də Nassau qrafinası oldu. Ərinin vəfatının ardından yerinə keçən oğlu üçün taxt naibəsi oldu. "İngiltərə şahzadəsi" adını alan ilk xanım idi.
Mariya Stüart | |
---|---|
| |
Vəzifədədir | |
6 noyabr 1650-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 noyabr 1631[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 dekabr 1660[1][2] (29 yaşında) |
Vəfat səbəbi | Təbii çiçək |
Dəfn yeri | |
Atası | I Karl[2][3][…] |
Anası | Henrietta Mariya[2][3][…] |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
İngiltərə kralı I Karl və kraliça Mariya Henrettanın ən böyük qızı idi və 9 yaşında ikən Niderlandın gələcək hakimi olan II Vilhelmlə evləndirildi. Ancaq İngiltərədəki siyasi vəziyyətin pis olması səbəbilə 1642-ci ilin əvvəllərinə qədər valideynləriylə birlikdə İngiltərədə qaldı. Ardından anası ilə birlikdə Niderlanda göndərildi. Nikahdan 5 il sonra — 1647-ci ildə Mariyanın əri Oranj şahzadəsi oldu və bütün Niderlandın hakimi seçildi.
1650-ci ildə ərinin vəfatından 2 gün öncə Mariya yeganə övladı olan və gələcəkdə evlənəcəyi dayısı qızı Mariya ilə birlikdə İngiltərəni idarə edəcək Vilhelmi dünyaya gətirdi. Ərinin vəfatının ardından Oranj şahzadəsi elan edilən oğluna taxt naibəsi olaraq 9 il boyunca bu torpaqları idarə etdi. Ancaq İngiltərə tərəfdarı olması və qaynanasının ona qarşı siyasi müxalifəti səbəbilə burada sevilmədi.
İngiltərədə monarxiyanın bərpa edilməsinin ardından 1660-cı ildə İngiltərəyə qayıtdı. Ancaq qayıtdıqdan qısa müddət sonra çiçək epidemiyasına tutuldu və burada vəfat etdi.