Henretta Mariya (fr. Henriette Marie, ing. Henrietta Maria) (d. 25 noyabr 1609 — ö. 10 sentyabr 1669) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Karlın xanımı, Fransa kralı IV Henrinin qızı. O həmçinin İngiltərə kralı II Karl və onun xələfi olan II Ceymsin anası idi. Bununla birlikdə ərinin yazdığı fərmanla bütün İngiltərədə Kraliça Mariya olaraq tanınsa da, o bu adı bəyənmədi və öz məktublarında "Henriette R" imzasından istifadə etdi.
Henretta Mariya | |
---|---|
fr. Henriette Marie de France | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 noyabr 1609[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 sentyabr 1669[1][2][…] (59 yaşında) |
Vəfat səbəbi | Həddindən artıq doza[d] |
Dəfn yeri | |
Atası | IV Henrix[3][4] |
Anası | Mariya Mediçi[3][4] |
Həyat yoldaşı | |
Uşaqları | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Onun Roma-Katolik məzhəbinə bağlılığı İngiltərədə güclənməsinə mane oldu. Məhz bu səbəblə heç vaxt tacqoyma mərasimi keçirilmədi. İngiltərə vətəndaş müharibəsinin alovlandığı 1644-cü ildə ən kiçik qızı və adaşı olan Henrettanın dünyaya gəlişinin ardından Fransaya sığındı. Əri I Karlın məğlub olaraq edam edilməsinin ardından İngiltərədəki bütün nüfuzunu itirdi. Parisdə yaşamağa başlayan Henretta Mariya oğlunun 1665-ci ildə İngiltərədə taxta çıxmasıyla yenidən Londona qayıtdı. Ancaq çox keçmədən 1665-ci ildə yenidən Parisə getdi və 4 il sonra burada vəfat etdi.
Adı Şimali Amerikadakı ilk katolik məskənlərindən olan və sonradan ştat halını alan Merilend əyalətinə verildi.