Baltik stansiyası (Tallin)

Baltik stansiyası
est. Balti jaam
Narva — Tallin
Tallin — Vilyandi xətti
Ölkə  Estoniya
ŞəhərTallin
Platforma sayı6
Yol sayı12
VəziyyətiTam işlək
Baltik stansiyası (Tallin) (Estoniya)

Baltik stansiyası (est. Balti jaam) — Tallin şəhərində dəmir yoluna aid sərnişin stansiyası. Vağzal Köhnə şəhərin yaxınlığında, Toompuestee küçəsi, 37 ünvanında yerləşir.

Stansiyasından gedən qatarların ilk dayanacaqları: Lillekyula (qərb istiqamətdə), Kitsekyula (şərq istiqamətdə) və Tallin-Vyayke (cənub istiqamətdə). Stansiya yaxınlığında 12 dəmir yolu var.

Baltik dəmiryol stansiyası şəhərətrafı və uzun məsafə qatarları üçün bir son stansiya rolunu oynayır. Stansiya yaxınlığında şəhərətrafı avtobuslar üçün avtobus, həmçinin tramvay və trolleybus dayanacaqları vardır.

Dayanacaq plarformmaları

[redaktə | mənbəni redaktə et]

Baltik dəmiryolu vağzalı 6 dayanacaq platformasına sahibdir[1]:

  • 1 Platforma 9 və 8 yollar arasında — 150 m
  • 2 Platforma 8 və 7 yollar arasında — 85 m
  • 3 Platforma 7 və 6 yollar arasında — 150 m
  • 4 Platforma 6 və 1 yollar arasında — 150 m
  • 5 Platforma 1 və 4 yollar arasında — 510 m
  • 6 Platforma 4 və 5 yollar arasında — 380 m
Vağzalın ilk görünüşü

Baltik vağzalı 1870-ci ildə PaldiskiRevelSankt-Peterburq xəttinini üzərində əsas vağzal olaraq inşa edilmişdir. Vağzal 24 otyabr 1870-ci ildə açılmışdır. Burada Baltik Limanı — Revel xətti bitir və Sankt-Peterburq istiqamətində yol başlayır.

1923-cü ildə Tallin — Pyaeskyul xətti elektrikləşdirilmişdir. Elektrikli vaqonlar 21 sentyabr 1924-cü ildə xəttə buraxılmışdır.

1 dekabr 1924-cü ildə, Birinci Dekabr üsyanı zamanı vağzal Yakob Vakkerin dəstəsi tərəfindən hücuma məruz qalır.

1928-ci ildə şəhərətrafı qatarlar üçün platforma tikilmişdir. Tallin-Nımme bölməsi üçün ikinci bir yol açılır.

1930-cu illərdə Kopli mikrorayonunda ticarət stansiyası inşa edilir. Dağıdılmış stansiyanın ərazisində sərnişin vaqonalrı üçün ehtiyat yolları inşa edilmişdir.

1941-ci ildə vağzal binası geri çəkilən SSRİ Xalq Daxili İşlər Komissarlığı əməkdaşları tərəfindən yandırılmışdır.

Tallin— Nımme istiqamətində qatarların hərəkəti 23 sentyabr 1944-cü ildə bərpa edilir. Tallin — Pyaeskyula istiqamətli yolun elektrikləşdirilməsi 1946-cı ildə baş tutur.

1945-ci ildə vağzal binası qismən bərpa edilir.

1962-ci ildə burada şəhərətrafı qatarlar üçün bir gözləmə otağı inşa edilmişdir.

1967-ci ilin oktyabrında tamamilə yenilənmiş stansiya binasının açılışı gerçəkləşir. 2012-ci ilin dekabrında vağzalın bütün platformalarının restovrasiyası baş tutur.

İstiqamətlər

[redaktə | mənbəni redaktə et]

Baltik stansiyasından gedişlər:

Şəhərətrafı elektrik qatarları (operator Elron)

[redaktə | mənbəni redaktə et]
  • Tallin — Pyaeskyola
  • Tallin — Keyla
  • Tallin — Paldiski
  • Tallin — Riyzipere
  • Tallin — Klooqaranna
  • Tallin — Aeqviydu


«Uzun məsafəli» dizel qatarları (operator Elron)

[redaktə | mənbəni redaktə et]
  • Tallin — Narva
  • Tallin — Tartu
  • Tallin — Tartu (ekspres)
  • Tallin — Tartu — Valqa (ekspres)
  • Tallin — Rapla
  • Tallin — Tyuri
  • Tallin — Vilyandi
  • Tallin — Vilyandi (sürətli)
  • Tallin — Pyarnu (sürətli)


Beynəlxalq qatarlar (əvvəllər GoRail tərəfindən xidmət edilirdi)

[redaktə | mənbəni redaktə et]
  • Tallin — Leninqrad vağzalı
  • Tallin — Vtevski vağzalı (ləğv edilib)[2]

Vağzalı gün ərzində 140 qatar tərk edir. SSRİ dönəmində vağzaldan Moskava, Sankt-Peterburq, Xaapsalu və Riqa istiqamətində reyslər təşkil edilirdi. 18 may 2015-ci ildə Moskva və Sankt-Peterburq istiqamətində olan reyslər sərnişin daşımada azalmanın müşahidə edilməsi ilə ləğv edilmişdir[3][4] .

Rail Baltica layihəsi çərçivəsində Riqaya birbaşa sərnişin reyslərinin bərpa edilməsi planlaşdırılır[5].

  1. "«Estoniya dəmir yolları»" (PDF). 2013-09-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  2. "Предприятие Go Rail открывает железнодорожную линию Таллинн — Петербург". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  3. "В связи со снижением пассажиропотока по инициативе эстонской стороны временно отменено курсирование составов в российскую столицу и Петербург". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  4. "в Таллинн прибыл первый поезд из Москвы". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  5. "Yenidən Moskva ilə Tallin arasında qatarlar olacaq". 2015-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.