Banat bolqarları

Banat bolqarları və ya Palçane — Banat vilayətində yaşayan bolqarların etnik qrupu. Yazılı ədəbiyyatda banat-bolqar dilindən istifadə edirlər. Banat bolqarlarının çoxu Pavlikanlar hərəkatının üzvü olmuşların törəmələridir[1]. Yazıda latın əlifbasından istifadə edirlər. Banat bolqarlarının böyük əksəriyyəti katolikdir.

Banat bolqarları
Ümumi sayı
22 min
Yaşadığı ərazilər
Rumıniya:

12000 nəf.
Bolqarıstan:
6000 nəf.
Serbiya:
3000. nəf
Macarıstan:
1000 nəf.

Dili

Banat-bolqar dili

İrqi
Avropoid
Dini

Katolisizm

Mənşəyi
Bolqarıstan
Qohum xalqlar

Bolqarlar

Banat ərazisində Banat bolqarlarına aid qəsəbələr

Həyat və mədəniyyət

[redaktə | mənbəni redaktə et]

Mədəni anlamda banat bolqarları 1866-cı ilə qədər xorvatların təsir dairəsində olmuşdur. Onların kilsə xadimlərinin böyük əksəriyyəti xorvat idi, üstəlik uşaqları xorvat dilində təhsil alırdı. Bununla belə məhs bu dövrdə xorvat və macar latın əlifbası əsasında banat danışığına uyğun əlifba tərtib edilir. Bu işdə maraqlı olan müəllimlər (bolqar və alman) kitabları tərcümə edir, dərsliklər tərtib edir və yerli ləhcədə qəzet buraxırdılar.

Ancaq 1899-cu ildə Macar hakimiyyəti ölkədə macvar dilinin məcburi şəkildə tətbiqinə və yerli ləhcələrin qadağan olunmasına başlayır. Bu kimi addımlar Birinci Dünya müharibəsinin sonuna qədər davam edir. Bundan sonra isə bölgədə rumın və serb mdəniyyətinin təsiri güclənir. 1930-cu illərdə "Banat bolqarlarının xəbərləri" adlı qəzet işıq üzü görür. Burada bədii ədəbiyyatdan tərcümələr nəşr edilir, yerli dialektdə orijinal şeirlər və hekayələr nəşr olunurdu. 1947-ci ildən Runımiya hakimiyyəti bolqarlara məktəblərdə ana dilində təhsil almalarına icazə verir[1].

Banat bolqarları milli geyimdə rəqs edərkən.

Banat bolqarlarının musiqisi bir çox şifahi və musiqili xüsusiyyətləri ilə bolqar xalq musiqisinin ayrı bir şöbəsi kimi təsnif edilir. Onların musiqisinə rumın, serb, macar musiqisi böyük təsir göstərmişdir. Nəticədə bolqar kolyadları şəhər tipli mahnılarla əvəz edilmişdir. Roma katolik kilsəsinin qanunları müəyyən dərəcədə mahnı tiplərinə də öz təsirini göstərmişdir[2] Banat bolqarları bir çox bolqar bayramlarını qoruyub saxlasalarda, digər qonşu xalqların bayramlarını da mənimsəmişlər[3]. Ən məşhur bayramlarından biri Faršángji və ya karnavaldır.[4]. Banat bolqarları qonşu xalqların rəqslərinə də maraq göstərmişlər. Məsələn: macarların Çardaş rəqsi[2].

Seçilmiş faktlar

[redaktə | mənbəni redaktə et]

1845-ci ildə Banat bolqarları Telepa yaşayış məmntəqəsini salmışlar. Hansı ki, Trianon sülh müqaviləsindən sonra bu bölgə müasir Rumıniyanın ərazisinə düşmüşdür. Bundan başqa onlar Banatda digər yaşayış məskənlərinində əsasını qoymuşlar.

  1. 1 2 Журнал «Родина»: Пальчене
  2. 1 2 Кауфман, Николай. "Песните на банатските българи". Северозападна България: Общности, Традиции, Идентичност. Регионални Проучвания На Българския Фолклор (Bulgarian). София. 2002. ISSN 0861-6558.
  3. Янков, Ангел. "Календарните празници и обичаи на банатските българи като белег за тяхната идентичност". Северозападна България: Общности, Традиции, Идентичност. Регионални Проучвания На Българския Фолклор (Bulgarian). София. 2002. ISSN 0861-6558.
  4. "(Euro)Faršángji 2007" (PDF). Náša glás (Banat Bulgarian) (4). 2007. 2007-09-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-03-25.