Bando (坂東市, Bandō-shi?) — Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur.
Bando şəhəri | |
---|---|
yap. | |
36°02′54″ şm. e. 139°53′19″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | [[Kanto regionu]] |
Prefektura | [[İbaraki prefekturası]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 22 mart 2005 |
Sahəsi | 123,03 km² |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 54,349 nəfər (2015) |
Sıxlığı | 442 nəf./km² |
Milli tərkibi | yaponlar |
Rəsmi dili | yapon dili |
Digər | |
city.bando.ibaraki.jp (yap.) | |
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir.
Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır.
Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir. Tokionun 50 km şimal-şərqindədir.
2015-ci ilin məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[2]
|
Şəhərdə 23 ibtidai məktəb, 4 orta məktəb və 3 lisey var.
Şəhərdə hər hansı sərnişin qatarı xidməti fəaliyyət göstərmir.
Şəhərin simvolik ağacı Zelkova serrata, simvolik gülü çay, simvolik quşu Horornis diphone hesab olunur.[3].