Kanto regionu

Kanto regionu (関東地方, Kantō-çihō?, sərhəddən şərqdə)Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava.

Kanto regionun yerləşməsi
Kanto regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə Yaponiya
Ada Honşu
Statistika
Sahə 32423,90 km²
Əhali 42598300 nəf.
   Əhali sıxlığı 1300 nəfər/km²
Prefekturalar 7

Kanto sözü yapon dilində sərhəddən şərqdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansai regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kansai sözü yaponca sərhəddən qərbdə deməkdir.[1]

Region ərazisinin təxminən 40% eyni adlı Kanto düzündən ibarətdir.[2] Bu düzünün şimal-şərqindən cənub-qərbə Naka, Tone və Saqami çaylar sistemləri axırlar.[3] Qərbdə Çubu regionu ilə təbii sərhədini Kanto dağları yaradırlar,[4] şimalda Tohoku regionu ilə həmsərhəddir şimal-şərqdə isə Sakit okeanı ilə sulanır.

Kanto regionu və özəlliklə onun Kanto düzüsü Yaponiyanın ən çox əhalili yeridir.[3] Regionda danışılan Kanto dialekti "standart yapon dili" sayılır.[5]

1923-cü ilin sentyabr ayında Böyük Kanto zəlzələsi baş verdi. Onun nəticəsində 120 mindən çox adam həlak olmuş. Zəlzələ Tokionun yarısı və Yokohamanın çoxu məhv eləmiş. Bu Tokionun yenidən tikilməyin, onun müasir meqapolis kimi dirçəlişinin səbəblərdən biri idi.[6]

Tokio körfəzinin sahilində yerləşən Tokio və Yokohama ağır və yüngül sənayenin mərkəzləridirlər. Onlardan kiçik olan və sahildən uzaq yerləşən şəhərlər isə əsasən yüngül sənaye ilə məşquldular.[7] Kanto düzündə axan üç çay sistemindən ən böyük çay olan Tone, regionda istehsal olunan hidroelektrik enerjisinin böyük hissəsinin mənbəsidir.[3]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Pokemon franşızda Kanto əsasında yaradılmış və onun şərəfinə adlandırılmış region oyundaki da, animedəki də birinci coğrafi məkandır.
  • Death Note manqanın hadisələrin əsas hissəsi Yaponiyanın Kanto regionda baş verir.
  1. Dorothy Perkins. Five Hundred Fun Facts About Japan. DIANE Publishing. 1994. səh. 67. ISBN 1568061528. 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  2. "countriesquest.com". 2015-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  3. 1 2 3 "Britannica: Kanto Plain". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  4. "Britannica: Kanto Range". 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  5. Academia.edu[ölü keçid] p. 48
  6. J. Charles Schencking. The Great Kanto Earthquake and the Chimera of National Reconstruction in Japan. Columbia University Press. 2013. səh. XVI. ISBN 0231535066. 2016-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  7. "photius.com". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.