Bando şəhəri

Bando (坂東市, Bandō-shi?)Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur.

Bando şəhəri
yap.
Bayraq Gerb
Bayraq Gerb
36°02′54″ şm. e. 139°53′19″ ş. u.HGYO
Ölkə  Yaponiya
Region [[Kanto regionu]]
Prefektura [[İbaraki prefekturası]]
Tarixi və coğrafiyası
Əsası qoyulub 22 mart 2005
Sahəsi 123,03 km²
Saat qurşağı UTC+9
Əhalisi
Əhalisi 54,349 nəfər (2015)
Sıxlığı 442 nəf./km²
Milli tərkibi yaponlar
Rəsmi dili yapon dili
Digər
city.bando.ibaraki.jp  (yap.)
Xəritəni göstər/gizlə
Bando şəhəri xəritədə
Bando şəhəri
Bando şəhəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir.

Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır.

Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir. Tokionun 50 km şimal-şərqindədir.

Həmsərhəd bələdiyyələr

[redaktə | mənbəni redaktə et]
İbaraki xəritəsində.

2015-ci ilin məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[2]

1980 55.204 nəfər.
1985 57.647 nəfər.
1990 58.699 nəfər.
1995 59.738 nəfər.
2000 58.673 nəfər.
2005 57.516 nəfər.


Şəhərdə 23 ibtidai məktəb, 4 orta məktəb və 3 lisey var.

Şəhərdə hər hansı sərnişin qatarı xidməti fəaliyyət göstərmir.

  • Ken-O sürətli avtomagistralı
  • Yaponiya Milli Yolu 354

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]
  • Sakasay qəsri
  • İbaraki Milli Muzeyi

Şəhərin simvolik ağacı Zelkova serrata, simvolik gülü çay, simvolik quşu Horornis diphone hesab olunur.[3].

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]
  1. "国土数値情報 行政区域データの詳細" (jp). Counsellor, National and Regional Planning Bureau. 2012-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2016.
  2. Əhalinin sayı buradakı mənbəyə əsaslanır: 1980, 1985, 1990, 1995, 2000 və 2005 illəri üçün.
  3. "市の花・木・鳥" (jp). Администрация города Бандо. 2005-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2016.
  4. "US-Japan Sister Cities by State". Asia Matters for America (English). Honolulu, HA: East-West Center. 2016-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]