Bank zəmanəti

Bank zəmanəti (Bank guarantee)

  1. Kreditor qarşısında borclunun pul öhdəliklərinin yerinə yetirilməsi üzrə bank zəmanətidir. Bu o deməkdir ki, əgər müştəri göstərilən müddətdə borcunu ödəyə bilməsə, bank bu öhdəliyi öz üzərinə götürərək ödəməni öz hesabına icra edəcəkdir;
  2. Bankın belə öhdəlik götürməsini təsdiq edən sənəd. Bank zəmanəti zamin tərəfindən geri çağırıla bilməz. Bank zəmanəti təkcə ölkə daxilində hesablaşma və kredit əməliyyatlarının aparılması zamanı yox, həm də beynəlxalq hesablaşmalar və kreditləşmələr zamanı da tətbiq olunur. Bu cür zəmanətlər ya bankın zəmanət məktubu formasında, ya da vekseldə onun yazısı (aval) formasında tərtib oluna bilər.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.36-37