Bankroft sap qurdu (lat. Wuchereria bancrofti) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.
Bankroft sap qurdu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes. ???: Bankroft sap qurdu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bu parazit sap şəklində olub, limfa damarlarında ve limfa düyünlərində yaşayır. Erkək fərdin uzunluğu 4 sm, dişi fərdin uzunluğu isə l0 sm-dir.[1].
Parazit həyat tərzi keçirir. Bu qurdlar limfa damarlarında külli miqdarda olduqda insanda “fil xəstəliyi” – elefantiazis törədir, ətrafların, xayaların, döş ve digər orqanların həddindən artıq şişməsinə səbəb oldularına görə də bu xəstəliyə "fil xəstəliyi" (Zoa boa) və ya elefantiazis deyilir.[1]. Bu nematod Yetkin qurdlar ən çox limfa vəziləri və limfa damarlarında rast gəlinir.[2] Limfa damarlarının tutulması nəticəsində onların divarları iltihabdan qalınlaşır və limfanın durğunluğu yaranır. Zədələnmiş yer ölçücə çox böyüyür. Dişilər külli miqdarda sürfələr əmələ gətirir. Bunların hər birinin uzunluğu 0,3 mm-ə yaxın olur. Onlar “gecə mikrofilyariləri” adı almışlar, çünki gecələr periferik qan damarlarında olurlar. Gündüzlər isə bədənin dərinliyinə keçib ağciyər damarlarında, ürək və böyrəklərdə dayanırlar. Bu cür dövrülük parazitlərin keçməsi xüsusiyyəti ilə əlaqədardır ki, bu da aralıq sahiblər vasitəsilə-Acdes, Culex, Mansoniave s. cinslerindon olan-yəni müxtəlif qan soran ağcaqanadlarla baş verir.İnsanın orqanizmində bu qurd 15 il və daha artıq yaşaya bilir.[1] Ağcaqanadlar axşam və ya gecə filyari daşıyanların qanını sorduqda, sürfələr ağcaqanadın mədəsinə düşür sonra isə onun bədən boşluğuna keçirlər. Orada onlar bir qədər böyüyür və nəhayət həşəratın sancıcı xostumunun əsasında toplanırlar. Sağlam adamın qanını sorduqda həmin ağcaqanad xortumun sancıcı qılcıqlarını dəriyə batırır; bu zaman filyarinin sürfələri xortumdan çıxıb fəal surətdə dərinin içərisinə daxil olur, sonra isə qana keçir.[3].
Bu parazit ən çox tropika və suptropikada yayılmışdır. Təsadüfi hallarda Orta Asiyada qeydə alınmışdır. Cənub-Şərqi Asiyada, Afrikanın, Cənubi Amerikanın bir çox ölkələrində və Sakit okean adalarında geniş yayılmışdır.[1]