Banoffi

Banoffi

Banoffi (ing. Banoffee pie) — banan, qaymaq, karamel və qaynadılmış qatılaşdırılmış süddən hazırlanan ingilis piroqu. Banoffinin əsasını kərə yağı əlavə edilmiş xırdalanmış peçenyalar təşkil edirlər. Bəzi resept variantlarında şokolad və ya qəhvə də əlavə olunur.

Banoffinin tarixi[redaktə | mənbəni redaktə et]

Ehtimal edilir ki, piroqun reseptinin tərtibatçıları əsli Cevinqton şəhərindən olan Noysel Makkenzi və Yan Daudinqdir, birincisi "Ac monax" restoranının sahibi və o biri isə onun şef aşbazı idi. Onlar təsdiq edirlər ki, resepti 1971-ci ildə kofe və karameldən düzəldilən piroqunun amerikan reseptinə dəyişilik edib yaradıblar. Makkenzi və Daudinq piroqunun müxtəlif fərqli sunurlar düzəltməyə çalışıblar, hətta onun içinə alma və mandarin əlavə ediblər, sonra isə Makkenzi reseptə banan əlavə etməyə təklif edib, onu menyudan pozmaq sadəcə mümkün olmayıb.[1]

Bu resept Ac rahibin ən ciddi sirləri kitabında 1974-ci ildə dərc olunub və 1997-ci ildə Ac rahibnən cənnətdə kitabında təzədən çap olunub.[2] Marqaret Tetçer banoffini hazırlamağı çox sevirdi.

Banoffini bütün dünyanın bir çox restoranların menyusuna daxil edilib. Banoffi sözü (ing. Banoffee) ingilis dilinə möhkəm daxil olub və hər bir banan və karamel dadına və oxşarlığı olan ərzaqların təsvirində istifadə edirlər. Bu piroqun reseptini tez-tez "Nestle" simasının qatılaşdırılmış süd konserv bankalarının üzərində görmək olar.

Makkenezi 29 may 2015-ci ildə, 71 yaşında xərçən xəstəliyi səbəbindən vəfat etmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://iandowding.co.uk/the-completely-true-and-utter-story-of-banoffi-pie/The Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine Completely True and Utter Story of Banoffi Pie
  2. The Celebrity Cookbook: Kitchen Secrets of the Rich and Famous; Brooks, Marla (1993)