Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır.
Şəhər | |
Banos | |
---|---|
isp. Baños | |
1°23′47″ c. e. 78°25′29″ q. u.HGYO | |
Ölkə | Ekvador |
Əyalət | Tunquraua |
Mer | Marlon Fabrisio Qevara Silva |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.820 ± 1 m |
Saat qurşağı | UTC−5 |
Əhalisi | |
Əhalisi | 14.653[1] nəfər (2010) |
Milli tərkibi | ekvadorlular |
Rəsmi dili | ispan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (0)3 |
Poçt indeksi | EC180250 |
Digər | |
municipiobanos.gob.ec (isp.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar.[3] Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir.
"Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir.[4] Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Şəhər həmçinin Roma-Katolik kilsəsinin dini mərkəzidir. Katolik dininin tərəfdarları inanırlar ki, Məryəm bir şəlalənin yanında peyda olub. Belə ki, kafedralın içərisində "Müqəddəs su bakirəsi" adlı heykəl vardır. Şəhərin tarixi xeyli aktiv Tunquraua vulkanı ilə əlaqələndirilir. 1999-cu ilin oktyabrında 17 mindən çox sakin həftələrlə şəhərdən təxliyə edilmişdi.[5]
Banos şəhəri Tunquraua vulkanının şimal yamacında yerləşir. Banos Pilyaro şəhəri ilə birlikdə Llanqanates Milli Parkını və Serro Hermoso kimi görməli yerlərini gəzmək üçün yaxşı başlanğıc nöqtəsi hesab olunur. Şəhərdə gözəl mərkəzi park yerləşir. Şəhərin yaxınlığında yerləşən əsas şəlalələr: Müqəddəs su bakirəsi, İnes Mariya, Aqoyan, El Manto de la Novia, Pailon del Diablo və Maçay.
Banos şəhəri Ekvadorun məşhur turizm mərkəzlərindən biridir.[6] Bunun səbəbi gözəl təbiətidir (60 şəlalə). Burada müxtəlif idman növləri ilə məşğul olmaq üçün imkan vardır.[7] Yerlilər və ziyarətçilər gəzinti, raftinq, kayakinq, kanoninq, beyscampinq, velosipedsürmə və atçılıqla məşğul olmağa üstünlük verirlər.[7]
Banos şəhəri şəkərqamışından hazırlanan irisi (isp. melcocha [melˈkotʃa]) ilə tanınır.